SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan-Türkiyə diplomatik əlaqələri yeni müstəvidə” adlı beynəlxalq elmi konfrans keçirilib-FOTO

“Naxçıvan-Türkiyə diplomatik əlaqələri yeni müstəvidə” adlı beynəlxalq elmi konfrans keçirilib-FOTO
29-04-2019, 15:40

“Naxçıvan-Türkiyə diplomatik əlaqələri yeni müstəvidə” adlı beynəlxalq elmi konfrans keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hər iki ölkənin Dövlət Himnləri səsləndirildikdən sonra Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən videoçarx nümayiş olunub. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayıb, rəhbərlik etdiyi ali təhsil ocağında belə bir konfransın keçirilməsinin qürurverici olduğunu diqqətə çatdırıb. Rektor ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin yaradılması və inkişafı sahəsindəki xidmətlərindən, eləcə də müasir dövrdə ikitərəfli münasibətlərin inkişafı sahəsində görülən işlərdən danışıb. Qeyd edilib ki, bu gün Naxçıvanın başqa bölgələrə nümunə ola biləcək qədər bir uğurunun təməl daşı 1990-cı illərin əvvəllərində Heydər Əliyev Ali Məclisə rəhbərlik etdiyi dövrdə qoyulub. O dövrdə blokada şəraitində olan Naxçıvana nəfəslik qədər zəruri olan bir yolun – Araz çayı üzərindən Türkiyə ilə Naxçıvanı birləşdirən “Ümid körpüsü”nün salınması bölgənin sosial-iqtisadi həyatı üçün inqilabı bir addım kimi qiymətləndirən rektor vurğulayıb ki, ulu öndərin Naxçıvana diqqəti Azərbaycan rəhbərliyinə gəldikdən sonra da eyni qaydada davam etdirilib. Bildirilib ki, müasir dövrdə Prezident İlham Əliyev Naxçıvanın sosial- iqtisadi inkişafına xüsusi diqqət yetirir. Əldə olunan uğurlar eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun əvəzsiz xidmətləri nəticəsində mümkün ola bilib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Türkiyə Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açaraq əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb.
“Türkiyə-Naxçıvan diplomatik əlaqələri:tarixdə və günümüzdə” adlı çıxışında AMEA Naxçıvan Bölməsinin Sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, ümummilli lider Heydər Əliyevin Türkiyə Respublikasına ilk rəsmi səfəri zamanı 24 mart 1992-ci il tarixdə imzalanmış “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” ilə qoyulub. 1992-ci ilin yanvar ayının 14-də yaradılan diplomatik əlaqələr həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqust ayından isə Azərbaycanın Türkiyədə diplomatik missiyasının fəaliyyətə başlaması ilə nəticələnib. Vurğulanıb ki, bu siyasətin davamı olaraq Naxçıvanda təsis edilən Türkiyə Respublikasının Baş Konsulluğu 5 fevral 1993-cü il tarixdə fəaliyyətə başlayıb.
İğdır universitetinin rektoru, professor Mehmet Hakkı Alma Türkiyə Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açaraq əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb. Türkiyənin ən gənc universitetlərindən biri olaraq hər iki universitet arasında qarşılıqlı əlaqələrə toxunaraq birgə layihələrin gələcək perspektivlərindən danışıb. Rektor 2019-cu il 19-21 oktyabrında Azərbaycan –Erməni münaqişəsindən bəhs edən simpoziumun keçiriləcəyini bildirib. Nəzərə çatdırılıb ki, simpozium Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına dəstək məqsədini daşıyacaq.
“Həsrət qapısının açılının iki ölkə münasibətlərindəki önəmi” adlı çıxışında İğdır Universitetinin dosenti Cengiz Atlı vurğulayıb ki, 1992-ci il mayın 28-i Sədərək-Dilucu körpusünün açılışı ilə iki respublika arasında əlaqələr daha da inkişaf edib və iqtisadi blokada yarılıb. Diqqətə çatdırılıb ki, Sədərək-Dilucu körpüsünün rəsmi açılışında iştirak etmək üçün Türkiyənin Baş naziri Süleyman Dəmirəlin başçılığı ilə türkiyəli nazirlərdən, məmurlardan və ziyalılardan ibarət nümayəndə heyəti Naxçıvana gəlib.
“Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı əlaqələr: ali səviyyəli görüşlər və nailiyyətlər” adlı çıxışında universitetin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova bildirib ki, 1995-ci il 16 dekabr tarixində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Vasif Talıbоvun Naxçıvan Muxtar Rеspublikası Ali Məclisin Sədri seçilməsi ilə Naxçıvanın xarici dövlətlərlə, xüsusən Türkiyə ilə dоstluq, mеhriban qоnşuluq əlaqələri xеyli gеnişlənib. Ali Məclisin Sədrinin ilk rəsmi səfərini 1996-cı ilin 12-17 mart tarixlərində qоnşu Türkiyə Rеspublikasına etməsi muxtar rеspublikanın mövcud prоblеmlərinin həlli istiqamətində atılmış mühüm addım оlub.
Konfrans Naxçıvan –Türkiyə ictimai-siyasi əlaqələri, Naxçıvan-Türkiyə sosial-iqtisadi əlaqələri, Naxçıvan-Türkiyə mədəni əlaqələri adlı 3 bölmə iclasları ilə davam edib.
“Naxçıvan-Türkiyə diplomatik əlaqələri yeni müstəvidə” adlı beynəlxalq elmi konfrans keçirilib-FOTO“Naxçıvan-Türkiyə diplomatik əlaqələri yeni müstəvidə” adlı beynəlxalq elmi konfrans keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31