SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada internet xidmətlərinin keyfiyyətinin ölçülməsi ilə bağlı monitorinqlərə başlanılıb

Muxtar respublikada internet xidmətlərinin keyfiyyətinin ölçülməsi  ilə bağlı monitorinqlərə başlanılıb
24-08-2021, 20:00

Muxtar respublikada internet xidmətlərinin keyfiyyətinin ölçülməsi ilə bağlı monitorinqlərə başlanılıb Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, internet verilişində qırılmaların qarşısının alınmasına dair qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı 23 avqustdan etibarən Nazirliyin səlahiyyətli mütəxəssislərinin iştirakı ilə Şərur və Kəngərli rayonlarında monitorinqlərə başlanılıb. Monitorinqlər zamanı rabitə xətlərinə və abunə qurğularına baxış keçirilir, internet qırılmalarına səbəb olan yararsız kabellər aşkar edildiyi təqdirdə rayon rabitə idarələrinin əməkdaşları tərəfindən yeni kabellərlə əvəz edilir, internet xətlərində yaranan nasazlıqlar qısa zamanda aradan qaldırılır. Həmçinin, abonentlərlə görüşlər keçirilir, onları maraqlandıran suallar cavablandırılır, ünvanlarında mövcud olan internet xətlərinə və avadanlıqlara baxış keçirilir, yaranmış problemlərin aradan qaldırılması istiqamətində zəruri işlər görülür. Monitorinqlər zamanı muasir standartlara cavab verən siqnal ölçmə cihazından istifadə edilir. Qeyd edək ki, monitorinqlər digər rayonları da əhatə edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031