SON DƏQİQƏ

naxcivanxeberleri.com

“NAXÇIVAN ÜZÜMÜ “ ADLI  SƏNƏDLİ TELEVİZİYA FİLMİ  EKRAN ÜZÜ GÖRÜB

“NAXÇIVAN ÜZÜMÜ “ ADLI  SƏNƏDLİ TELEVİZİYA FİLMİ  EKRAN ÜZÜ GÖRÜB
21-08-2021, 21:21

Bu günlərdə qədim Naxçıvan diyarında üzümçülük mədəniyyəti, inkişaf tarixi, sort müxtəlifliyinin  zənginliyi, ikkişaf problemləri və bu istiqamətdə aparılan elmi-tədqiqat işləri haqqında aqrar elmlər doktoru, dosent Varis Quliyevin hazırladığı ssenari əsasında çəkilmiş “Naxçıvan üzümü” adlı sənədli televiziya filmi Naxçıvan televiziyası ilə nümayiş etdirilmişdir. Filmin çəkilməsində əsas məqsəd Qədim Naxçıvan bölgəsində üzümçülüyün inkişaf tarixi və əhəmiyyəti, ərazidə tənəklərin ənənəvi becərilmə qaydaları, yaz dövrü quru budanması və onlara forma verilməsi üsulları, aparılan yaşıl budama işləri, üzümün xəstəlik və zərərvericiləri, onlara qarşı aparılan mübarızə tədbirləri, üzüm sortlarının fenoloji və aqrobioloji xüsusiyyətləri, üzümdən hazırlanan müxtəlif qida məhsulları, həmçinin AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Meyvə, tərəvəz və üzümçülük” laboratoriyasında 40 ilə yaxın bir müddətdə bölgədə üzüm genofondunun öyrənilməsi üzrə aparılan elmi-tədqiqat işləri və əldə olunan nəticələr, Naxçıvan MR-də üzümçülüyün müasir vəziyyəti və inkişaf perspektivləri haqında tamaşaçəlara qısa məlumat verilməsidir 

Sənədli televiziya filmdə qeyd olunur ki, üzümçülük Naxçıvan Muxtar Respublikasında tarixən kənd təsərrüfatının əsas sahələrindən biri olmuşdur. Əlverişli torpaq-iqlim şəraiti bu ərazidə xalq seleksiyası yolu ilə 120-dən çox süfrə, universal və texniki istiqamətli üzüm sortlarının yaranmasına və becərilməsinə imkan vermişdir. Muxtar respublika ərazisində Araz çayının Şərq hissəsində, III dövrün pliosen layından tapılmış daşların üzərində yabanı üzüm növünün yarpaqlarının daşlaşmış qalıqlarına rast gəlinməsi bölgənin mədəni üzümçülüyün əsas mərkəzlərindən biri olduğinu sübut edir. Qeyd edək ki, bu ərazidə hələ 3000 il bundən əvvəl yaşamış  qədim türk tayfalarının kənd təsərrüfatı üzrə əsas məşğulluq sahələrindən biri də üzümçülük olmuşdur.

Naxçıvan MR-də aqrar sektorun əsas sahələrindən olan üzümçülük haqqında təqdim olunan “naxçivan üzümü“ adli  sənədli televiziya filmi qısa müddət ərzində  geniş tamaşaçı autoriyasını qazanmışdır.

VARİS QULİYEV

Aqrar elmlər doktoru, dosent

 

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930