SON DƏQİQƏ

naxcivanxeberleri.com

İcra nümayəndələri üçün növbəti maarifləndirici seminar keçirilib 

İcra nümayəndələri üçün növbəti maarifləndirici seminar keçirilib 
21-08-2021, 09:41

Avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Ordubad rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici seminar təşkil edilib. İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Elçin Hüseynov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” və Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda çıxışları dinlənilib. 

Vurğulanıb ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılması zamanı icra nümayəndəliklərində qanunvericiliyin tələblərinə əməl olunması, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. İcra nümayəndələri müvafiq sahə üzrə onlara verilən səlahiyyətləri həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Ailə Məcəlləsinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa  və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsaslanmalıdırlar.  

Bildirilib ki, Ədliyyə Nazirliyinin əməkdaşları mütəmadi olaraq icra nümayəndəliklərində aparılan qeydiyyat və notariat əməliyyatları ilə bağlı tərtib olunan sənədlərə baxış keçirir, yol verilən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görürlər. Eləcə bu istiqamətdə  maarifləndirici seminarlar təşkil edilir, zəruri metodiki köməkliklər göstərilir.

Sonda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar ətraflı cavblandırılmışdır. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31