23:30 - Vətənə, yurda sevgi aşılayan, turizmə maraq yaradan məkan...
22:30 - BMT Baş katibi və Ərdoğan Ukraynaya gedir
21:30 - Finlandiyada ikili vətəndaşlığın ləğvi təklif olunub
20:56 - Avropada qazın qiyməti martdan bəri ilk dəfə 2600 dolları ötüb
20:15 - İranda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
19:58 - Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq üzrə muxtar respublika birinciliyi keçirilib
19:18 - Azərbaycan cüdoçuları İslamiadanı 5 medalla başa vurublar
18:30 - “ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb-FOTO
18:00 - Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub
17:30 - Ukrayna DİN: "Müharibənin sonu hələ çox uzaqdadır"
17:07 - "Snayper həddi" müsabiqəsində sınaq atışları yerinə yetirilib-FOTO
16:59 - Ukrayna Prezident Ofisi: "Dünyanın dəstəyinə ehtiyacımız var"
16:31 - MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib
Şəhid və qazilərimizin medalları təqdim olunub
Babək Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Babək Rayon İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə və qazimizə orden və medallar təqdim olunub. Tədbirdən əvvəl Vətən müharibəsində və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Babək rayonundan olan 16 əsgər və zabit şəhidlik zirvəsinə ucalıb. Rayonun Qahab kəndindən baş leytenant Abbasəli İsmayılov, Nəzərabad kəndindən leytenant Elvin Məmmədov və Güznüt kəndindən leytenant Ramil Əliyev belə qəhrəman oğullarımızdandır. Müharibənin ilk günlərindən döyüşə qatılan Kərimbəyli kənd sakini leytenant Cövdət Əliyev torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirən minlərlə hərbçilərimizdən biridir.
İcra başçısı ölkəmizdə və muxtar respublikamızda şəhid ailələrinə göstərilən dövlət qayğısından da bəhs edib, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş və xəsarət almış bir qrup şəxsin orden və medallarla təltif olunduğunu xatırladıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş şəhid baş leytenant Abbasəli İsmayılovun, şəhid leytenant Elvin Məmmədovun, şəhid leytenant Ramil Əliyevin Prezident tərəfindən layiq görüldüyü “Füzulinin azad olunmasına görə” medalı onların valideynlərinə, döyüşlərdə xəsarət alaraq yaralanan leytenant Cövdət Əliyevə təqdim olunub.
Sonda şəhid leytenant Elvin Məmmədovun atası Etibar Məmmədov göstərilən diqqətə görə dövlətimizə minnətdarlıq edib.
Muxtar RZAZADƏ