SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda  elmi-praktik konfrans keçirilib
26-04-2019, 19:45

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, konfransı giriş sözü ilə açan institutun rektoru Elbrus İsayev bildirmişdir ki, innovasiyalardan səmərəli istifadəyə həsr olunmuş bugünkü tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrə həsr olunmuşdur. Naxçıvan Müəllimlər İnstitutunun “Ali riyaziyyat və informatika” və “Riyaziyyat və tədrisi metodikası” kafedralarının birgə hazırladıqları konfransda müvafiq kafedraların professor-müəllim heyəti, bir sıra ümumtəhsil məktəblərin riyaziyyat müəllimləri və tələbələri iştirak etmişlər. Konfransın aktuallığından bəhs edən rektor qeyd etmişdir ki, bu gün Muxtar Respublikamızda təhsil infrastrukturunun mövcud olan yüksək imkanları hər bir sahədə innovativ yanaşmanı zəruri məsələ kimi müəyyənləşdirir. O cümlədən fənlərin tədrisi zamanı innovativ metodlardan istifadə təhsilimizin məzmununa və strategiyasına uyğun qurulmalıdır. Bugünki konfransda riyaziyyatın tədrisinə dair təqdim olunan məruzələr bu sahədə yeni yanaşmaların tətbiqi baxımından mühüm aktuallıq kəsb edir.
Daha sonra “İnnovativ metodlarla riyaziyyat təliminin təşkili və metodları” mövzusunda Riyaziyyat və tədrisi metodikası kafedrasının dosenti Südabə Məmmədova, “Kompyuterin inkişaf tarixi və qurğuları” mövzusunda Ali riyaziyyat və informatika kafedrasının baş müəllimi Səminə Rüstəmova, “Riyaziyyatın tədrisində müasir metodların tətbiqi” mövzusunda Ali riyaziyyat və informatika kafedrasının müəllimi Səriyyə Qasımova, “Didaktik və interaktiv oyunların riyaziyyat dərslərinin tədrisində rolu” mövzusunda, Ali riyaziyyat və İnformatika kafedrasının müəllimi Fidan Əzizova, “Riyaziyyat dərslərində inteqrasiyadan istifadə yolları” mözusunda Ali riyaziyyat və informatika kafedrasının dosenti Rövşən Vəliyev, “İKT-dən istifadə etməklə fəza fiqurlarının innovativ metodlarla öyrədilməsi” mövzusunda Riyaziyyat və tədrisi metodikası kafedrasının müəlimi Könül Məmmədovanın məruzələri dinlənilib.
Konfrans dəyirmi masa ətrafında diskussiya şəraitində davam edib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30