SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında mini-futbol birinciliyi başa çatıb

Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında mini-futbol birinciliyi başa çatıb
26-04-2019, 18:25

Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbinin süni örtüklü mini-futbol meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında start verilən mini-futbol birinciliyi 26 aprel 2019-cu il tarixdə yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi yarışın yekun nəticəsinə əsasən 14№-li tam orta məktəbin komandası I yerə, 13№-li tam orta məktəbin komandası II yerə, 10№-li və 1№-li tam orta məktəblərin komandaları isə III yerə layiq görülüblər. Sonda qalib komandalara Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları, Uşaq-Gənclər İdman Məktəbinin isə kuboku təqdim olunub.
Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında mini-futbol birinciliyi başa çatıbNaxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında mini-futbol birinciliyi başa çatıb

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30