SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çernobılda baş vermiş qəza nəticəsində zərərçəkən Naxçıvan sakinləri ilə görüş keçirilib

Çernobılda baş vermiş qəza nəticəsində zərərçəkən Naxçıvan sakinləri  ilə görüş keçirilib
26-04-2019, 18:09

1986-cı il aprelin 26-da Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında XX əsrin ən böyük texnoloji qəzası baş verib. Faciənin 33-ci ildönümündə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sözügedən qəzanın nəticələrinin aradan qaldırılması zamanı zərərçəkən şəxslərin iştirakı ilə tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan şəhərində keçirilən tədbirdə bildirilib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində güclü radioaktiv sızma minlərlə insanın həlak olmasına, sağlamlıqlarını itirməsinə və yaşayış yerlərini tərk etməsinə səbəb olub. Həmin texnoloji qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində muxtar respublikanın 500 nəfərə yaxın sakini iştirak edib. Vurğulanıb ki, ölkə¬mizdə bu kateqoriyadan olan vətəndaşların statusu və sosial müdafiəsini tənzimləyən müvafiq qanun və normativ-hüquqi aktlar qəbul olunub. Həmçinin, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı zərərçəkmiş muxtar respublika sakinlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən onların müalicələrinin təşkili, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, nəqliyyat vasitələri ilə təmin edilməsi, habelə müxtəlif sosial xidmətlərin göstərilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi də qeyd olunub. Keçirilən tədbirlərdə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən, ümumilikdə 240 nəfərə ərzaq payı təqdim edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30