SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi məktəbində maarifləndirici tədbir keçirilib

Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi məktəbində  maarifləndirici tədbir keçirilib
26-04-2019, 17:55

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin təşkilatçılğı ilə Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi məktəbində “Mədəniyyət müəssisələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, qış mövsümü dövründə yaşayış evlərində qaz təsərrüfatı və elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi mədəniyyət müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, xidməti heyətə insanların və əmlakın təxliyə olunması qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan 3 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Lamiyə Nəcəfova bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov “Mədəniyyət müəsissələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, yanğın təhlükəsizliyi sahəsində işçilərin hüquq və vəzifələri, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri onun qarşısının alınması üçün görüləcək tədbirlər” mövzusunda iştirakçılara məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin, yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabiti daxili xidmət kapitanı Şahhüseynov Turan “Yaşayış evlərində məişət elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına diqqət yetirilməlidir” mövzusunda iştirakçılara məlumat veriblər.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, videolar təqdim edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30