SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində “İslamda müdirik kəlamlar” kitabının müzakirəsi keçirilib

AMEA  Naxçıvan Bölməsində “İslamda müdirik kəlamlar” kitabının müzakirəsi keçirilib
26-04-2019, 15:42

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamı çərçivəsində “İslamda müdirik kəlamlar” kitabının müzakirəsi keçirilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin Tədbirlər Planına uyğun olaraq hazırlanan “İslamda müdirik kəlamlar” kitabının dəyərindən bəhs edib.
Daha sonra çıxış edən bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, Naxçıvan şəhərinin 2018-ci ili üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar olaraq muxtar respublikada bir sıra tədbirlər həyata keçirilib, müxtəlif məzmunlu kitab, monoqrafiya, bukletlər çap olunub. “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “İslamda müdrik kəlamlar” kitabı bu nəşrlərin sırasında xüsusi yer tutur.
Qeyd olunub ki, 7 bölümdən ibarət olan kitabda 242 müdrik kəlam əksini tapıb. Nəşrdə elm və təhsil əlaqələri, ana və ataya hörmət, ədəb qaydaları, dostluq və tərbiyə, əxlaq və xeyirxah əməllər, ailə münasibətləri, idarəetmə və ədalət, Vətən və şəhidliklə bağlı müdirik kəlamlar yer alıb.
Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev və Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30