SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib

Babək rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib
4-08-2021, 17:27

Fövqəladə Hallar Nazirliyi və Babək rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayon İcra Hakimiyyətində rayon ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi və xüsusilə taxıl sahələrinin biçindən sonra yandırılmaması, yaşayış sahələrində təbii qaz və elektrik  enerjisindən istifadə zamanı yаnğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Babək rayon İcra Hakimiyyətinin sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdür müavini Azər Hümbətov bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi daxili xidmət mayoru Hasil Məmmədov “Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi, xüsusilə taxıl sahələrinin biçindən sonra yandırılmaması, yaşayış məntəqələrində vətəndaşlar tərəfindən təbii qaz və elektrik enerjisindən istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunması üçün görülən qabaqlayıcı tədbirlər, idarə müəssisə və təşkilatların qazanxanalarında texniki və yanğın təhlükəsizliyi tədbirlərinə əməl olunması və qazanxana ocaqçılarının peşə məktəblərində kurs keçmələri üçün aparılmış maarifləndirmə işləri” haqqında iştirakçılara məlumat verib.

Sonra məruzə ətrafında çıxışlar olub. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov Sahələrin yandırılması taxıl sahələrinə hansı ziyanlar törədir” mövzusunda, Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət mayoru Azər Zeynalov “Fərdi yaşayış evlərinin həyətyanı ərazilərinə ot-saman tayalarının yerləşdirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunması və qış mövsümü dövründə yaşayış məntəqələrində təbii qaz və elektrik enerjisindən istifadə zamanı yanğın təhlükəsizliyi tədbirləri”-. Babək rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsinin icraçısı polis kapitanı Ramiz Süleymanov “Biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri, payız-qış mövsümünə hazırlıqla bağlı yaşayış məntəqələrində qaz və elektrik təsərrüfatından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində rayon polis şöbəsinin əməkdaşları və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində görülmüş tədbirlər” mövzlarında məlumat veriblər.

Maarifləndirici tədbirin sonunda tədbir iştirakçılarına “Taxıl sahələrinin biçindən sonra yandırılmaması, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tövsiyə xarakterli  yaddaş kitabçaları təqdim edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930