SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək

Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək
4-08-2021, 13:00

Sabah, avqustun 5-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyası əleyhinə növbəti vaksinasiyası keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bununla bağlı Azərbaycan Mətbuat Şurası ilə TƏBİB arasında razılığa gəlinib.

Sabah bu il iyunun 29-da peyvəndin birinci dozası vurulmuş jurnalistlərə ikinci doza tətbiq ediləcək.

Eyni zamanda ümumən vaksinasiyadan keçməmiş digər jurnalistlər də aksiyada iştirak edə bilərlər.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930