SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahmatçımız beynəlxalq yarışın mükafatçıları sırasında

Şahmatçımız beynəlxalq yarışın mükafatçıları sırasında
2-08-2021, 18:42

Serbiyanın Voyevodina muxtar vilayətində şahmatüzrə beynəxalq açıq çempionat təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 6 gün davam edən “XI Open International Championship of Vojvodina 2021” yarışına 14 ölkədən ümumilikdə 140 idmançı qatılıb. Çempionatın görüşləri iki qrupda oynanılıb. Naxçıvan Şahmat Federasiyasının idmançısı Rza Həsənov 81 iştirakçının qərarlaşdığı “B” qrupunda mübarizə aparıb. Ölkəmizi bu qrupda təmsil edən yaganə şahmatçı 8 görüşdən 5,5 xal (5 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət) toplamağa müəssər olub. Bu nəticə ilə 14 yaşlı şahmatçılar arasında 2-ci olan Rza, reytinq əmsalını da 137 xal artırıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930