SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan bankirləri Türkiyəyə 100 minə yaxın ağac tingi göndərəcək

Azərbaycan bankirləri Türkiyəyə 100 minə yaxın ağac tingi göndərəcək
2-08-2021, 18:11

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.

NAXCİVANXEBERLERİ.COM bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, iclasda Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınlarının, onun törətdiyi fəsadların bütün ABA üzvlərini sonsuz kədərləndirdiyi bildirilib, ölkəmizin bank icmasının bu fəsadların aradan qaldırılmasına dəstək olmağa hazır olduğu qeyd edilib.

Bank icması ABA ilə sıx əməkdaşlıq edən Türkiyə Banklar Birliyinin Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılmasına yönəlmiş təşəbbüslərdən birinə qoşularaq ölkəmizdə çalışan hər bir bank əməkdaşının 5 ədəd ağac tinginin verməsinə dair yekdilliklə qərar qəbul edib.

"Report" xatırladır ki, Azərbaycanda təxminən 19 min bank işçisi var. Bu da o deməkdir ki, bankirlər Türkiyəyə 95 min ağac tingi göndərəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930