SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunda maarifləndirici tədbir keçirilib

Babək rayonunda maarifləndirici tədbir keçirilib
2-08-2021, 17:00

Babək rayonunun idarə və təşkilatlarının mühasibləri, iri sahibkarlıq subyektlərinin nümayəndlərinin iştirak etdiyi tədbiri Babək Rayon İcra Hakimiyyətinin  əməkdaşı Asəf Hacıyev açaraq tədbirin əhəmiyyətindən danışıb.  

 Naxçıvan   Muxtar  Respublikası Dövlət Sosial  Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, fondun Sosial sığorta və fərdi uçot şöbəsinin müdiri Əli Həsənov “Dövlət sosial sığorta sistemində fərdi uçotun təşkili və əhəmiyyəti” mövzusunda çıxış edərək bildirib ki, sosial müdafiə sahəsində həyata keçirilən islahatların əsas istiqamətlərindən biri dövlət sosial sığorta sistemində fərdi uçotun təşkilidir. Fərdi uçot qanunvericiliyə uyğun olaraq pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasını nəzərdə tutur. Bu sistemin formalaşdırılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasından ibarətdir. Sığortaolunanlar həm Fondun dsmf.nmr.az rəsmi internet səhifəsindən, həm də www.e-hokumet.nmr.az Elektron Hökümət portalı vasitəsilə “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətindən istifadə etməklə, illər ürzə öz pensiya kapitalını izləyə və “Pensiya kalkulyatoru” elektron xidməti vasitəsi ilə də öz pensiyasını hesablaya bilər.

Fondun Daxili audit sektorunun müdiri Şamil Abbasov “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması və ödənilməsi qaydası” mövzusunda çıxış edərək qeyd edib ki, sosial sığorta hadisəsi baş verdikdə sığortaolunanların sığorta ödəmələri almaq hüququ yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşağın 3 yaşına çatanadək ona qulluq etməyə görə müavinət, uşağın anadan olmasına görə və sığortaolunanların, pensiyaçıların vəfatı ilə əlaqədar dəfn xərcini çəkən şəxsə ödənilən birdəfəlik müavinət müvafiq qanunvericiliyə əsasən ödənilir. Sosial sığorta stajı 6 ay olmayan şəxslərə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş verdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət  verilmir.

Fondun Hüquq sektorunun müdiri Canpolad Novruzov “Məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin pensiya təminatında rolu” mövzusunda çıxışında vurğulayıb ki, xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin sosial sığorta ödəmələri, o cümlədən əmək pensiyası almaq hüququ yoxdur. Yalnız məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin əmək pensiyası almaq hüququ vardır. Qanunvericiliyə əsasən əmək pensiyası təyinatı aparılarkən sığorta stajı və ya pensiya kapitalı əsas faktorlardan biridir. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri  məcburi dövlət sosial sığorta haqları ödənildiyi təqdirdə əmək pensiyası təyinatı zamanı nəzərə alınır.

Fondun Babək rayon şöbəsinin müdiri İsmayıl Həsənov rayonda fərdi uçotun təşkili, pensiya təyinatı və məcburi dövlət sosial sığortası üzrə ödəmələrin verilməsi ilə bağlı çıxış edərək bildirib ki, əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri ötən dövr ərzində hər ay vaxtında maliyyələşdirilmiş, pensiya və məcburi dövlət sosial sığorta ödəmələrinə 12 milyon 288 min manat vəsait yönəldilib. Cari ilin əvvəlində 7500 nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının sığorta hissəsinin məbləği 11,4 faiz indeksləşdirilərək artırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930