SON DƏQİQƏ

naxcivanxeberleri.com

AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır

AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır
2-08-2021, 14:47

AZAL sərnişinləri hava nəqliyyatı ilə sərnişin daşımalarının müvəqqəti qaydaları barədə məlumatla və qaydalara edilən dəyişikliklərlə diqqətlə tanış olmağa çağırır.

Qurumdan NAXCİVANXEBERLERİ.COM-a bildiriblər ki, daşıma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası (COVID-19) dövründə Azərbaycanda hava nəqliyyatı ilə uçuşların və sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar” haqqında sənədində təqdim olunur.

Məhdudlaşdırıcı tədbirlər şəraitində uçuşu əminliklə planlaşdırmaq üçün bütün sərnişinlərə səfərdən əvvəl təyinat ölkəsinə daxil olma qaydaları və tələblərini ətraflı öyrənmək tövsiyə olunur. Koronavirus infeksiyasının yayılması səbəbindən yaranan vəziyyətlə əlaqədar bir çox ölkələrdə səyahətçilər üçün karantin məhdudiyyətlərinin tətbiqi davam edir.

Azərbaycana gələn sərnişinlər ölkəyə giriş qaydaları ilə aviaşirkətin rəsmi saytında tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-azerbaijan

Xaricdən ölkəyə qayıtdıqda, uçuşdan əvvəl 72 saat ərzində keçirilmiş PCR testinin nəticələri, sərnişində COVID-19 pasportunun (COVID-19-dan tam peyvənd olunduğunu və ya COVID-19-dan sağaldıqdan sonra immunitetin mövcudluğunu təsdiq edən sənəd) olub-olmamasından asılı olmayaraq, tələb olunur. 1 yaşa qədər uşaqlar üçün COVID-19 üçün PCR testinin mənfi nəticəsini təsdiq edən sənəd tələb olunmur.

AZAL həmçinin bütün sərnişinlərə pandemiya ilə əlaqədar tətbiq olunan bütün rəsmiləşdirmə prosedurlarından əvvəlcədən keçmələri üçün uçuşdan üç saat əvvəl hava limanına gəlmələrini tövsiyə edir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930