SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan yanğınsöndürənləri Marmaris yaxınlığında yanğınların söndürülməsi üçün əzmlə çalışırlar

Azərbaycan yanğınsöndürənləri Marmaris yaxınlığında yanğınların söndürülməsi üçün əzmlə çalışırlar
1-08-2021, 12:14

Türkiyədə meşə yanğınlarının söndürülməsi və qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrupun üzvləri Muğla vilayətinin Marmaris şəhərinin 11 kilometrliyində yerləşən böhran məntəqəsində alovla mübarizə aparırlar.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, azərbaycanlı yanğınsöndürmə qrupu avqustun 1-də Bakı vaxtı ilə saat 10:00-da yerli qüvvələrlə birlikdə təyinat məntəqəsində işə başlayıb. Bu məntəqədə yanğınlar iyulun 28-də başlayıb.

FHN-in peşəkar və təcrübəli yanğınsöndürənlərindən ibarət 100 nəfərlik dəstənin üzvləri böhran məntəqəsində alovun yayılmasının qarşısının alınması və söndürülməsi üçün bütün imkanlardan istifadə edirlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031