SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müasir nəqliyyat infrastrukturu dinamik inkişafa öz töhfəsini verir

Müasir nəqliyyat infrastrukturu dinamik inkişafa öz töhfəsini verir
28-07-2021, 23:41

Muxtar respublikamızda iqtisadiyyatın dinamik inkişafını şərtləndirən əsas sahələrdən sayılan nəqliyyatın müasirləşdirilməsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Artan əhali tələbatına uyğun olaraq yol infrastrukturunun inkişafı ilə bağlı mühüm layihələr reallaşdırılır, yeni yollar salınır, körpülər tikilir, hava, dəmir yolu, avtomobil nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılır, nəqliyyat sektorunun səmərəli idarə olunması təmin edilir.

Nəqliyyat sahəsi üzrə görülən kompleks işlər sırasında yol infrastrukturunun müasir standartlara uyğun qurulması, xüsusilə diqqət mərkəzində dayanır. 2021-ci ildə də bu istiqamətdə tədbirlər uğurla reallaşdırılır, yeni yollar, körpülər salınır, yol nişanları yenilənir, insanların rahatlığı, nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunur. Belə ki, cari il yanvar-iyun aylarında Culfa-Ordubad magistral avtomobil yolunun, Naxçıvan şəhərində avtomobil yolunun, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Ordubad rayonunun Yuxarı Əndəmic-Nüsnüs və Şərur rayonunun Şəhriyar kənd avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması başa çatdırılıb. Hazırda Naxçıvan şəhərində avtomobil yolunun, Çərçiboğan, Dərvişlər, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Maxta-Dəmirçi, Babək rayonunda Göynük, Ordubad rayonunda Vənənd-Pəzməri, Aşağı Əndəmic kənd avtomobil yollarının, Culfa şəhərində daxili avtomobil yolunun yenidən qurulması davam etdirilir. Ordubad rayonunun Nüsnüs kəndində bir körpünün tikintisi, bir körpünün təmiri isə uğurla icra olunub.

 



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031