SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı  hansı  tarix üzrə aparılır?

Daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı  hansı  tarix üzrə aparılır?
28-07-2021, 16:04

Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə aparılır.

 Qeyd edək ki, daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının düzgün aparılmaması məhkəmə məsuliyyəti yaradır. Daşınmaz əmlaka dair əqdi müqaviləni  təsdiqləyən notarius və qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir.

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930