SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada müasir hərbi infrastruktur yaradılıb-FOTO

Muxtar respublikada müasir hərbi infrastruktur yaradılıb-FOTO
27-07-2021, 21:10

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, 2021-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində Mərkəzi Hospitalın, qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, aerodrom kompleksinin, təlim meydanının və Türkiyə-Naxçıvan Dostluq Parkının tikintisi başa çatdırılıb, hərbi zavodun və anbarın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib.

Babək və Şərur rayonlarında saxlancların tikintisi, Culfa rayonunda əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib, Şahbuz rayonunda əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılıb, yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib.

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman zalının yenidən qurulması, Şərur rayonunda 6-cı sərhəd zastavası üçün infrastruktur obyektlərinin tikintisi, 1-ci Sərhəd Komendantlığı binasının yenidən qurulması davam etdirilib.

Əlahiddə Ümumqoşun Orduya “Mitsubishi L200” markalı xidməti avtomobillər təqdim olunub.

Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə iki ailəyə mənzil və Sədərək rayonunda bir ailəyə xidməti mənzil təqdim olunub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031