SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda ixtisasartırma kurslarını bitirən rabitə mütəxəssisləri sertifikatla təmin olunub

Naxçıvanda ixtisasartırma kurslarını bitirən rabitə mütəxəssisləri sertifikatla təmin olunub
27-07-2021, 16:42

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin  2021-ci il İş Planına əsasən Naxçıvan şəhər və Babək Rayon Rabitə İdarələrinin bir sıra rabitə mütəxəssisləri Naxçıvan Regional Peşə Tədris Mərkəzinə, Şərur Rayon Rabitə İdarəsinin əməkdaşları isə Şərur Texniki-Peşə və Sürücülük Məktəbində “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” üzrə ixtisasartırma kurslarına cəlb olunublar.

 Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,ilkin olaraq kursları Naxçıvan Şəhər Rabitə İdarəsindən 7, Babək Rayon Rabitə İdarəsindən 9 olmaqla, ümumilikdə 16 nəfər bitirib.  Kursun ikinci mərhələsində isə Naxçıvan Şəhər Rabitə İdarəsindən 7, Babək Rayon Rabitə İdarəsindən 8, Şərur Rayon Rabitə idarəsindən 9 olmaqla, ümumilikdə 24 nəfər tədrisi davam etdirir. Kursu bitirən müdavimlər müvafiq hüquqi sənədlə (şəhadətnamə) təmin olunublar.

Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin və  Naxçıvan Şəhər Rabitə İdarəsinin 4 əməkdaşı isə “Cisco” Şəbəkə inzibatçılığı üzrə onlayn kursları müvəffəqiyyətlə bitirərək müvafiq sertifikatla təmin olunublar.

Kurslar müdavimlərin müvafiq peşələrə yiyələnmələrinə, peşə yönümlü nəzəri və praktiki biliklərin artırılmasına və  ixtisaslı kadr kimi formalaşmalarına geniş imkanlar yaradır.

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031