SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində müşavirə keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetində müşavirə keçirilib-FOTO
23-07-2021, 20:05

Universitetin rektoru Elbrus İsayev müşavirədə qeyd edib ki, muxtar respublikada təhsilin inkişafı məqsədilə nəzərdə tutulan proqram və layihələr, maarif və mədəniyyətin tərəqqisi, regionun sosial-iqtisadi inkişafı ilə paralel aparılaraq bütövlükdə ölkəmizdə həyata keçirilən düzgün, düşünülmüş inkişaf strategiyasının məntiqi nəticəsi hesab edilir. Naxçıvan Dövlət Universitetində yeni infrastruktur  layihələrinin həyata  keçirilməsi, müasir tədris korpuslarının istifadəyə verilməsi peşəkar kadrların hazırlanmasına öz müsbət töhfəsini verməkdədir.

NDU-nunTeleviziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə bildirilib ki, zəngin və şərəfli inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına köklənmiş dövlətçilik universitetidir. Muxtar Respublikada elmin və təhsilin inkişafı sahəsində görülən işlərin bariz nümunəsidir ki, universitetin  Xarici dillər fakültəsi üçün müasir tələblərə uyğun yeni tədris korpusu istifadəyə verilib, iyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib, yeni rektorluq binasının inşası işlərinə başlanılıb.

Qeyd edilib ki, Xarici dillər fakültəsində dünya standartlarına tam cavab verən mərkəz və kabinələrlə əsaslı şəkildə yenidən qurulan universitetin maddi-texniki bazası gücləndirilib, ən müasir elm və təhsil infrastrukturu formalaşıb. İstifadəyə verilən müasir tipli tədris korpusu simli və simsiz internetlə təmin olunmuş konfrans zalı, 12 ədəd ağıllı lövhə və 19 ədəd proyektollarla təchiz edilmiş Tərcümə mərkəzi, Tədris-metodiki mərkəz, Xarici ölkə ədəbiyyatı kabinəsi, 2 ədəd linqafon kabinəsi və Sinxron tərcümə mərkəzi, multimediya otağı, eləcədə ixtisaslaşdırılmış Fransız dili, Alman dili, İngilis dili, Rus dili, Fars dili və Ərəb dili mərkəzləri, sahələr üzrə fəaliyyət göstərən mini kitabxanalar müəllim və tələbələrin istifadəsinə verilib.

Rektor diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası  Ali Məclis Sədrinin tapşırığı ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Diplomatiya Mərkəzi” və “Kriminalistika” laboratoriyası, Pedaqoji fakültədə “Texnologiya mərkəzi” və “Atıcılıq mərkəzi”, Memarlıq və mühəndislik fakültəsində “Robototexnika” laboratoriyası, Tibb fakültəsində  “Əczaçılıq Simulyasiya” kabinəsi və Sosial Xidmət Mərkəzində “Yaşıl Əczaxana” yaradılıb.  

Universitetdə 10 fakültə, Magistratura mərkəzi, Xarici tələbələrlə iş üzrə dekanlığın fəaliyyət göstərdiyi  universitetin bakalavr pilləsində  63 ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Ali təhsil ocağında kadr hazırlığı ilə 453 nəfər professor müəllim heyəti məşğul olur ki, onlardan 21 nəfəri elmlər doktoru, 152 nəfəri isə fəlsəfə doktorudur. Universitetin əməkdaşlarından 12 nəfəri professor, 107 nəfəri isə dosentdir. Universitetin 3 nəfər əməkdaşı AMEA-nın müxbir üzvüdür.

Rektor vurğulayıb  ki, 2021-ci ildə universitetin əməkdaşlarından 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb, 1 nəfərin professor, 4 nəfərin isə dosent elmi adları almaları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılıb. Bununla yanaşı  hazırda  fəlsəfə doktoru proqramı üzrə 85, elmlər doktoru proqramı üzrə isə 22 nəfər doktorant və dissertant vardır. Onlardan bir nəfəri Koreya, bir nəfəri isə Türkiyə vətəndaşıdır.

Vurğulanıb ki, Erasmus+ proqramı çərçivəsində “Təhsildə keyfiyyətin təminatı” və “Səhiyyədə rikslərin idarə olunması, peşə və kadr hazırlığı” olmaqla 2 layihə qazanılıb. Bundan başqa Naxçıvan Dövlət Universitetindən bir müəllim Erasmus+ layihəsi çərçivəsində Ruminiyanın Alexandru Ioan Cuza Universitetinə bir həftəlik mübadilə proqramında iştirak etmək hüququ qazanıb. Bununla yanaşı Mevlana tələbə-müəllim mobilliyi proqramı çərçivəsində də Türkiyə Universitetləri ilə əlaqələr təmin edilib.  

Rektor eyni zamanda hesabat dövründə Dissertasiya Şurasında universitetin əməkdaşlarından olan  2  dissertant “Azərbaycan dili” və “German dilləri” ixtisasları üzrə uğurla müdafiə edildiyini diqqətə çatdırıb.

Elbrus İsayev bildirb ki, yeni təhsil standartlarına keçidlə əlaqədar tədbirlər davam etdirilərək, 2020-2021-ci tədris ilində təhsil sisteminin bütün pillələrində Boloniya  prosesinin tələblərinə uyğun olaraq təhsilin kredit sistemi ilə təşkili həyata keçirilib.

Fakültələrin hər birində tədris prosesində  yeni texnologiyalardan istifadəyə geniş şərait yaradılaraq təlimin keyfiyyətinin yüksəldilməsinə, əyaniliyin möhkəmlənməsinə müsbət təsir göstərib. Belə ki semestrin əvvəllərində professor- müəllim heyyətinin fənlər üzrə mühazirə mətnləri elektronlaşdırılıb və ixtisaslar üzrə tələbələrin şəxsi kabinetlərinə (LMS-ə) yerləşdirilib, semestrin əvvəlində fənlərin yekunda hansı qaydada imtahanlarının aparılması ilə bağlı tələbələrə əvvəlcədən məlumatlar verilib və cari qiymətləndirmələr buna uyğun aparılıb.

Tədris planlarına uyğun olaraq pedaqoji və istehsalat təcrübələrinin daha səmərəli və mütəfəkkil keçirilməsi daim diqqət mərkəzində saxlanılıb. 2020-2021-ci tədris ilinin yaz imtahan sessiyası habelə Yekun Dövlət Attestasiyaları qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq aparılaraq və uğurla başa çatdırılıb.

Müşavirədə vurğulanıb ki, 2021-ci ilin yanvar ayında Universitet Elmi Şurası tərəfindən təsdiq  olunan  layihəyə əsasən  2021- 2025-ci illər üzrə 43 kafedranın 344 nəfərdən ibarət professor-müəllim heyəti tərəfindən 23 istiqamət və 51 problem üzrə 342 mövzuda elmi-tədqiqat işi yerinə yetirəcəkdir. Elmi-tədqiqat işlərində Muxtar Respublika ilə bağlı olan mövzularda öz əksini tapıb.

Ali təhsil ocağında elmi-tədqiqat işlərinin yerinə yetirilməsində mövcud olan Üzvi kimya, Ümumi qeyri-üzvi kimya, Analitik kimya, Kimya texnologiyası, Fiziki və kolloid kimya, Elektrokimya və metallar kimyası, akademik Yusif  Məmmədəliyev adına elmi-tədqiqat, Biokimya, İnsan və heyvan fiziologiyası, Fitoterapiya, Mikrobiologiya, Dəmir yollarının avtomatik idarə olunması, Elektronika, Fizika laboratoriyalarının və yeni yaradılıb  Robototexnika kabinəsinin imkanlarından geniş istifadə olunub.

Bakalavr  və magistr təhsil səviyyələrində buraxılış işləri və magistr dissertasiyalarının hazırlanması prossesində universitetdə aparılan elmi-tədqiqat işlərinin nəticələrindən səmərəli istifadə edilib. Həmçinin Тələbə Еlmi Cəmiyyətinin xətti ilə aparılan tələbə tədqiqat işlərində tələbələr bu tədqiqat işlərinə tez-tez müraciət ediblər.

Ali təhsil ocağında 2021-ci ilin altı ayı ərzində “Duz Dağ” mövzusunda  beynəlxalq konqres, “Alternativ tibb metodunun tətbiqi” və “Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti” mövzularında isə respublika elmi konfransları keçirilib.

 

2021-ci ilin birinci yarısında universitet əməkdaşlarının 18 dərs vəsaiti 2 respublikada dərc olunmuş kitabı, 33 metodik vəsait və proqramı, 100 elmi məqaləsi və 136 konfrans materialı çap olunub.

Ali təhsil müəssisəsinin imkanlarını daha da genişləndirməklə yanaşı innovativ layihələrin dəstəklənməsi və keyfiyyətli kadr hazırlığına son dərəcə böyük təsir imkanları verəcək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması universitet tarixi üçün ən önəmli yenilik sayıla bilər.

Naxçıvan Dövlət Universitetində kadr hazırlığı məsələsi daim diqqət mərkəzində saxlanılaraq bu il magistratura səviyyəsini bitirən 20-yə yaxın magistr müxtəlif sahələrdə işlə təmin olunub.

2020-2021-ci tədris ilində universitetdə tədrisi dili ingilis dilində olan “İqdisadiyyat” ixtisası açılaraq tədrisin keyfiyyəti daha da artırılıb.

Qeyd edilib ki, dünya təhsil sisteminə inteqrasiya edən universitetdə hesabat dövründə 10 fakültə üzrə bakalavr  təhsil səviyyəsinin əyani və qiyabi  şöbələrində 63 ixtisas üzrə  5588 tələbə,  magistratura təhsil səviyyəsində 81  ixtisaslaşma üzrə 348 magistrant və rezidentura üzrə 52 nəfər rezident təhsil alıb.

Universitetdə 986 xarici tələbə təhsil alıb ki, onlar Türkiyə, İran, Nigeriya, Banqaladeş, Rusiya, Özbəkistan, Cənubi Koreya,  İraq və Pakistan vətəndaşlarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin xüsusi tapşırığı ilə muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə  gedə bilməyən əcnəbi tələbələrə vaxtaşırı olaraq ərzaq payı, maddi yardım  təqdim olunub.

Müşavirədə diqqətə çatdırılıb ki, 2021-ci ilin I yarısında ali təhsil ocağında gənc nəslin dövlətçilik və milli-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində sistemli iş aparılıb.  Belə ki, tələbələrlə vətənpərvərlik mövzusunda dəyirmi masalar keçirilib,  I və II Qarabağ döyüşlərində iştirak etmiş qazi və şəhid ailələri ilə görüşlərlər olub və Azərbaycançılıq və vətənpərvərlik mövzularında tədbirlər təşkil edilib.

Universitetdə Dövlət proqramı və sərəncamlarının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”, Naxçıvan Muxtar  Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”, “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında İdmanın inkişafına dair, 2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı”, “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə” Dövlət Proqramlarının yerinə yetirilməsi uğurla icra olunub.

Bütün bunlarla yanaşı innovasiyaların dəstəklənməsi və startap lahiyələrinin formalaşması istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, universitet tələbələri arasında I Startap  və  “İqtisadi sahədə startap layihələri” müsabiqələrində tələbələr uğurla çıxış ediblər. Bundan başqa gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını  tələbələr arasında təbliğ etmək üçün mühüm rola malik olan  ENACTUS hərəkatında da tələbələr fəallıq gösərərək  2021-ci ilin aprel ayında  ölkəmizin 19 ali təhsil müəssisəsinin komandasının iştirak "Enactus Onlayn Sahibkarlıq" müsabiqəsində universitetin  Enactus komandasının təqdim etdiyi layihə müsabiqənin qalibi olub.

Elbrus İsayev  Naxçıvan  Muxtar Respublikası  Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixdə təsdiq etdiyi “Ali və orta ixitisas təhsili müəssisələrində  ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamına uyğun olaraq  universitetdə 2021-ci ilin I rübündə göstərilən 16 tədbir keçirildiyini diqqətə çəkib.

Qeyd edilib ki, universitetinin keçdiyi yol müstəqil Azərbaycan dövlətində ali təhsilin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsinin mühüm nəticələrindən biridir. “Naxçıvan Dövlət Universitetinin çoxminli kollektivi bundan sonra da Heydər Əliyev ideyalarının işığında inkişafı və müasirləşməni fəaliyyətinin əsas meyarı hesab edərək öz işini davam etdirəcək” - deyə ali təhsil ocağının rektoru qeyd edib.

Tədbirin davamında  Tədris və tərbiyə işləri üzrə prorektor,  tarix üzrə fəlsəfə doktoru, dosent  Rafiq Rəhimovun 2020-2021-ci tədris ilinin ikinci yarısında tədris və tərbiyə sahəsində görülən işlər barədə məlumat verib.  

Beynəlxalq əlaqələr bölməsinin müdiri İlahə Hüseyova universitet  heyətinin Türkiyə Universitetlərinə 08-16 iyul tarixlərində keçirilən rəsmi səfərlər çərçivəsində  görülən işlər və 2020-2021-ci tədris ilinin ikinci yarısında ali təhsil ocağının beynəlxalq əlaqələri sahəsindəki faəliyyəti haqqında müşavirə iştirakçılarını məlumatlandırıb. Bildirib ki,  2021-ci ildə  universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində əhəmiyyətli işlər görülüb, dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, müəllim və tələbə mobilliyinin təşkil olunması sahəsində mühüm atılıb. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin göstərdiyi diqqət və qayğı sayəsində müxtəlif vaxtlarda Azərbaycanda  akreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbər və təmsilçilərinin  Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub və təmsil etdikləri ölkələrin universitetləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi sahəsində bir sıra müzakirələr keçirilib. Bildirilib ki, bütün bunlarla yanaşı ali təhsil ocağı beynəlxalq layihələrdə də uğurla təmsil olunur.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930