SON DƏQİQƏ

naxcivanxeberleri.com

Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün mühüm amildir

Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün mühüm amildir
23-07-2021, 16:46

Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər həm torpaqlarımızn işğaldan azad edilməsi ilə nəticələnib, həm də regionda yeni siyasi-iqtisadi reallıqlar yaradıb. Heç şübhəsiz, bu reallıqlar sırasında regional əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi mühüm yer tutur. Məhz bu kontekstdə ölkəmiz yeni dönəmdə Cənubi Qafqaz regionunun mühüm əməkdaşlıq platformasına çevrilməsi istiqamətində səylərini davam etdirir. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün mühüm amildir. Ermənistan bunu nə qədər tez dərk etsə, bir o qədər də xeyrinə olacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirməklə yanaşı, yeni reallıqlar əsasında regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində də səylərini davam etdirir: “Böyük məmnuniyyətlə deyə bilərik ki, hər iki istiqamətdə qarşıya qoyulan hədəflərə çatılacaq. Cənab Prezident İlham Əliyevin iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə də bəyan etdiyi kimi, biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq”.

V.İskəndərovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri zamanı müzakirə edilən məsələlər də deyilənləri təsdiqləyir: “Bəlli olduğu kimi, səfər zamanı regional sülhün və təhlükəsizliyin qorunması, iqtisadi əməkdaşlıqların genişləndirilməsi kimi, məsələlər müzakirə olunub. Səfərin digər bir əhəmiyyəti isə postmüharibə dövrü ilə bağlıdır. Belə ki, səfər zamanı hər iki ölkə başçısının 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirməsi, bu razılaşmanın yerinə yetirilməsi, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirləri regionun gələcək inkişafı üçün mühüm amildir.

Hesab edirəm ki, bu səfər fonunda Ermənistan hakimiyyəti nəhayət ki, düzgün nəticə çıxara, düzgün qərar qəbul edə biləcək. Yəni, İrəvanda dərk etməlidirlər ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Ona görə də Ermənistan əvvəlki səhvləri buraxmamaq üçün yersiz və qəbuledilməz addımlardan, bəyanatlardan çəkinməlidir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930