SON DƏQİQƏ

naxcivanxeberleri.com

İsti yay günlərində necə qidalanmalı?

İsti yay günlərində necə qidalanmalı?
23-07-2021, 17:30

“İsti yay günlərində su balansı və mineralların itkisi səbəbindən qidalarımıza fikir verməliyik. Su qəbulu günlük hər kəsin ehtiyacını qarşılayacaq şəkildə olmalıdır”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.

Onun sözlərinə görə, mineralla zəngin qidalar qəbul etmək lazımdır: “Xroniki xəstəliyi olan insanlarda yay aylarında xüsusi narahatlıq olur. Odur ki, onlar meyvə-tərəvəzə üstünlük verməlidir. Amma ifrat miqdarda deyil, lazımi porsiyalar şəklində yeyilməlidir. Gün ərzində ən çoxu 4-5 porsiya meyvə qəbulu tövsiyə olunur”.

TƏBİB rəsmisi bildirib ki, sağlam qidalanma sağlam immun sisteminin formalaşması üçün labüddür: "COVID-19 pandemiyasını nəzərə alaraq, zülallı qidaların qəbulu faydalıdır. Bura əsasən süd məhsulları aiddir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930