SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xüsusi qayğıya ehtiyacı olan 49 uşaq Ağbulaq İstirahət Mərkəzində təşkil olunan  "yay məktəbi"nə cəlb edilib-FOTO

Xüsusi qayğıya ehtiyacı olan 49 uşaq Ağbulaq İstirahət Mərkəzində təşkil olunan  "yay məktəbi"nə cəlb edilib-FOTO
21-07-2021, 20:10

Muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqlar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Onların sağlamlıqları, təlim-tərbiyəsi, təhsilləri, intellektual səviyyəsinin yüksəldilməsi, milli mənəvi dəyərlər əsasında tərbiyə olunması və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu sahədə ardıcıl işlər görülür. Görülən işlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində xüsusi kateqoriyadan olan uşaqlar üçün “Yay məktəbi”  təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, xüsusi qayğıya ehtiyacı olan ailələrin, şəhid və çox uşaqlı ailələrin övladları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, o cümlədən tək valideyn himayəsində yaşayan uşaqlar olmaqla, ümumilikdə 49 nəfər uşağın iştirak etdiyi “Yay məktəbi”nə 21 iyul tarixdə start verilib. Bu münasibətlə Ağbulaq İstirahət Mərkəzində tədbir keçirilib. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Ramilə Seyidova və Həmkarlar İttifaqları Şurasının Sədri Anar İbrahimov çıxış edərək artıq ənənə halını almış “yay məktəb”lərinin uşaqlar üçün  əhəmiyyətinə toxunublar. Bildiriblər ki, muxtar respublikada uşaqlar yüksək diqqət və qayğı ilə əhatə olunublar. Dövlətimiz tərəfindən onların layiqli vətəndaş kimi yetişmələri, milli ruhda tərbiyə olunmaları, bilikli, bacarıqlı, yüksək intellektli insanlar kimi formalaşmaları üçün bütün mümkün tədbirlər həyata keçirilir. Ümumiyyətlə “Yay məktəb”lərinin təşkil edilməsinin uşaqların mənəvi inkşafında çox böyük əhəmiyyətinin olduğu vurğulanıb. Çıxış edənlər diqqətə çatdırıblar ki, uşaqların mənəvi – pisixoloji  inkaşaflarına xidmət edən bu cür tədbirlər onlara yeni dostluqlar qazanmağa, muxtar respublikanın təbiəti ilə yaxından tanış olmağa, dünya görüşlərini artırmağa asudə vaxtlarını səmərəli keçirməyə əlavə imkanlar yaradır. 
Şəhid Ruzi İbrahimovun qızı Gülay İbrahimova tədbirdə çıxış edərək deyib ki,  Gözəl təbiəti  və istirahət üçün ideal məkan olan "Ağbulaq İstirahət Mərkəzində" olduğum üçun sevincliyəm. İnanıram ki, burda keçirəcəyimiz günlər xoş və maraqlı olacaq, yeni dostlar, tanışlıqlar qazanacağıq. Çalışacağam ki bu fürsəti yaxşı dəyərləndirib "yay məktəbi"də fəal iştirak edim. Gülay İbrahimova onlara bu imkanı yaradan Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinə uşaqlar adından minnətdarlıq edib.
Sonra  uşaqlar Ağbulaq İstirahət Mərkəzində onlar üçün ayrılmış otaqlarda yerləşdirilib və təşkilatçılar tərəfindən uşaqların istirahəti üçün lazımi ehtiyaclar yerinə yetirilib. 
 "Yay məktəbi"nin ilk günündə uşaq hüquqları ilə bağlı  marifləndirici seminar keçirilib. Uşaqlara onların hüquqları barəsində ətraflı məlumat verilib. Həmçinin asudə vaxtalarının səmərəli keçirilməsi üçün təşkil edilən  tədbirlərin uşaqların inkşafına təsiri mövzusunda çıxışlar olub.
Daha sonra uşaqlar nahar ediblər.
Nahardan sonra uşaqlar üçün əyləncəli oyunlar təşkil edilib. 
Məlumat üçün bildirək ki, “yay məktəbi”nin proqramına uyğun olaraq uşaqlar hər gün səhər gimnastikası, əlavə olaraq Ağbulaq kəndinin ekskursiyası, müxtəlif idman və əyləncəli oyunlar, intellektual yarışlar, diskussiyalar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi keçiriləcəkdir. “Yay məktəbi”də Azərbaycan filmlərinin nümayiş olunması və Şahbuz Rayon Kolanı kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə konsert proqramının təşkil edilməsi də nəzərdə tutulub. İstirahət müddətində keçirilən müsabiqə və yarışlarda fəal olan uşaqlar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla mükafatlandırılacaq.
Qeyd edək ki, “Yay məktəbi”nə cəlb olunmuş uşaqlara nəzarət etmək üçün 4 nəfər Komitə əməkdaşı və istirahət müddətində uşaqların sağlamlıqlarının qorunması, onlara ilkin tibbi yardımın göstərilməsi məqsədilə 1 nəfər həkim təhkim olunub. “Yay məktəbi” 23 iyul tarixinədək davam edəcəkdir.
 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031