SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik xidmətləri göstərilib

Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik xidmətləri göstərilib
24-04-2019, 19:28

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir, onların zəruri sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu məqsədlə, Uşaq Bərpa Mərkəzində və Əlillərin Bərpa Mərkəzində göstərilən xidmətlərin həcmi və keyfiyyəti daha da artırılır. Həmçinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərə protez-ortopedik xidmətlərinin göstərilməsi də daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Aprel ayının 24-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki heyətinin iştiraki ilə keçirilən səyyari xidmət zamanı məhdud fiziki imkanlı şəxslərin 2 nəfərindən protez və ortez sifarişləri qəbul edilib, 2 nəfərin protezləri təmir edilib, 1 nəfərə isə köməkçi reabilitasiya vasitələri təqdim edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031