SON DƏQİQƏ

naxcivanxeberleri.com

Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb
21-07-2021, 14:11

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrların qeydiyyat müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılıb.

Bakalavrlar 

https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı portal.edu.az platformasında Təhsil Nazirliyi tərəfindən aparılır. Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

21 iyul səhər saatlarına olan məlumata əsasən 8941 (83%) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61%) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031