21:30 - Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi çempion olub
20:56 - Monitorinqlər davam etdirilir
20:20 - Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
19:46 - Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb
18:47 - Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
18:02 - Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb
17:35 - Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
17:17 - Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
17:02 - Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
16:45 - Qazlı içkilərin insan orqanizminə təsiri
16:12 - Dəniz nəqliyyatı işçiləri təltif edilib - SİYAHI, SƏRƏNCAM
16:07 - “Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlər mükafatlandırılıb
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılma mərasimi keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Milli Mətbuatın 146-cı ildönümü ərəfəsində təşkil olunan tədbirdə Milli Məclisin deputatları Jalə Əliyeva, Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, media qurumlarının redaktorları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Mərasimdə çıxış edənlər Azərbaycan mətbuat tarixinə nəzər salaraq milli mətbuatın banisi Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin iyulun 22-də işıq üzü görən “Əkinçi” qəzetinin tarixi əhəmiyyətindən söz açdılar. Qeyd olundu ki, “Əkinçi” qəzetinin ənənələri bu gün milli ruhlu, vətənpərvər və peşəkar jurnalistlər tərəfindən qorunub saxlanılır və zənginləşdirilir. Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsi dövründəki fədakar əməyi “Əkinçi” qəzetinin maarifləndirici missiya ilə uzlaşaraq tarixi mətbuat ənənəsinə sadiqliyin ən parlaq nümunəsidir.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında bildirdi ki, Vətən müharibəsi zamanı informasiya cəbhəsində öz peşə fəaliyyətlərini fədakarlıqla yerinə yetirən jurnalistləri mükafatlandırmaqda əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasının günün tələblərinə uyğun daha da inkişaf etdirilməsinə yönəlmiş dövlət siyasətinə dövlət-QHT münasibətləri fonunda ictimai dəstək nümayiş etdirməkdir.
İcraçı direktor görkəmli təbiətşünas alim, milli mətbuatın banisi Həsən bəy Zərdabinin peşəkar, yaradıcı, araşdırıcı, çoxşaxəli jurnalist fəaliyyətinin müasir dövrdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərinə örnək olduğunu qeyd etdi. Vurğuladı ki, Həsən Bəy Zərdabi xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında çox böyük rol oynayıb.
Tədbirdə 110-dan çox jurnalistə mükafat və müxtəlif hədiyyələr təqdim edilib. Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərlə yanaşı, ölkənin aparıcı media qurumlarının rəhbərləri, mətbuat xidmətlərinin rəhbərləri də mükafatlandırılıb.
« Temmuz 2022 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |