SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mediasiyanın tətbiqi dairəsinə hansı mübahisələr daxildir ?

Mediasiyanın tətbiqi dairəsinə hansı mübahisələr daxildir ?
12-07-2021, 16:55

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mediasiya aşağıdakılar  üzrə  tətbiq edilir:

 mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) ;

 ailə münasibətlərindən irəli gələn mübahisələr;

 əmək münasibətlərindən irəli gələn mübahisələr;

inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak məcburidir.

Mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031