SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mediasiya nədir ?

Mediasiya nədir ?
12-07-2021, 16:52

Mübahisələrin alternativ həlli üsullarından olan mediasiya  mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesdir.  Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı ilə  konfidensiallıq şəraitində həyata keçirilir. Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar.

  Qeyd etmək zəruridir ki, ölkəmizdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar  2021-ci il iyul ayının 1-dən qüvvəyə minmişdir.

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031