SON DƏQİQƏ

naxcivanxeberleri.com

 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Kollegiya iclası keçirilib

 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Kollegiya iclası keçirilib
12-07-2021, 17:00

Fövqəladə Hallar naziri general-leytenant Şamı Abdullayev qeyd etmişdir ki, 2021-ci ilin birinci yarısında muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, istehsal və sosial təyinatlı obyektlərin, yeraltı və yerüstü sərvətlərin yanğınlardan qorunması sahələrindəki vəzifələr əsasən yerinə yetirilib.

Nazirliyin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa diqqəti və qayğısı sayəsində Mülki müdafiə alayında şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmış, təmir və yenidənqurma işləri həyata keçirilmişdir.

Nazirlik və struktur qurumlarında 1 kоmplеks mülki müdаfiə təlimi, 16 taktiki-xüsusi təlim, 1 əməli məşğələ, 66 gecə məşğələsi, 4 kоmаndа-qərаrgаh məşqi, 2 şöbədə kompleks yoxlama keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi, xüsusilə taxıl sahələrinin biçindən sonra yandırılmaması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilmiş, 2 min 438 obyektdə yoxlamalar aparılmış, ümumilikdə 57 min 631 nəfərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmiş, 23 min 690 şəxsi yaşayış evində yanğın cəhətdən təhlükəli оlan 308 ədəd elektrik, 791 ədəd şlanqla çəkilmiş qaz xətti dəyişdirilmiş, 200 ədəd şopen tipli su qızdırıcısının və 1030 ədəd tez qatlanan tüstü borusunun istismarı dayandırılmışdır.

     Ot-taxıl biçininə hazırlıq dövründə 99 kombayn yanğın-texniki baxışdan keçirilmiş, 1505 nəfər sahibkar və torpaq mülkiyyətçisi təlimatlandırılmış, 10 un dəyirmanı və 2 yem anbarının yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılmış, əlverişli taxıl sahələrində 12 ədəd yanğınsöndürmə avtomobili, sahələrdə 60-70 nəfərin patrul xidməti və 3 motoxilasedicinin xidmət aparması təşkil olumuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınlar 50 % azalmışdır.

Muxtar respublikada fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan 36 müəssisənin fövqəladə hallara hazırlıq vəziyyəti, 356 obyektdə mülki müdafiə işinin təşkili vəziyyəti yoxlanılmış, 9 min 2 nəfərin iştirakı ilə mааrifləndirici tədbir kеçirilmiş, 116 ictimai yaşayış binasının mülki müdafiə təyinatlı zirzəmisinin vəziyyəti yoxlanılmış, 13 inzibati və ictimai yaşayış binasının zirzəmisinin pasportu hazırlanmışdır.

349 ədəd texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilmiş, 10 müəssisədə texniki qurğu dövlət reyestrində qeydiyyata alınmışdır. 65 müəssisədə 1296 nəfər işçinin iştirakı ilə maarifləndirici tədbir, 776 ədəd qazanxanada baxış-yоxlamalar keçirilmiş, maarifləndirici söhbətlər aparılmışdır.

“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni istifadəyə verilmiş ümumi uzunluğu 417 metr olan 5 nömrəli duz mədənində aparılan işlərdə yanğın və texniki təhlükəsizlik tələblərinin həyata keçirilməsinə nəzarət edilmişdir.

Muxtar respublikada radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 19 müəssisədə istifadə olunan radioaktiv mənbələr yоxlanılmış və rаdiоlоji-gigiyеnik pаspоrt verilmişdir.

Muxtar respublika ərazisində 36 obyektin tikinti sahəsində mühəndis-geoloji işlər, 62 obyektin tikintisinin işçi və layihə sənədlərinin ekspertizası aparılmış, 98 tikinti obyektində yoxlama nəzarət funksiyaları həyata keçirilmiş, 27 obyektə “İstismara hazırlıq aktı” verilmişdir.

10 ictimai yaşayış binasında 221 mənzildən 165 mənzilin tüstü bacası və havaçəkən kanalları təmizlənmişdir.

Muxtar respublikada koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə Nazirliyin şəxsi heyəti cəlb edilərək ümumilikdə 20 milyon 49 min 854 kvadratmetrdən artıq sahə dezinfeksiya edilmişdir.

Çimərlik mövsümündə ümumilikdə 10 min 912 nəfər vətəndaşın təhlükəsizliyi təmin edilmiş, suda boğulma təhlükəsi ilə üzləşən 10 nəfər xilas edilmiş, xoşagəlməz hadisə qeydə alınmamışdır.

Məruzə ətrafında Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi Ehtiram Məmmədov, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov, Mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinini rəisi Rəcəb Səfərov və Mülki müdafiə alayının qərargah rəisi Şərif Əsədov çıxış etmiş, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Əsgər İsmayılov kollegiya iclasının qərarını çatdırmışdır.

Sonda Fövqəladə Hallar naziri general-leytenant Şamı Abdullayev altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında qarşıya qoyulmuş taxılın və digər sahələrin yanğından mühafizəsinə diqqətin artırılması ilə bağlı və nazirliyin 2021-ci ilin ikinci yarımilində qarşıya qoyulmuş digər tapşırıqları kollegiya iştirakçılarının nəzərinə çatdırmışdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031