20:20 - Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
19:46 - Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb
18:47 - Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
18:02 - Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb
17:35 - Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
17:17 - Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
17:02 - Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
16:45 - Qazlı içkilərin insan orqanizminə təsiri
16:12 - Dəniz nəqliyyatı işçiləri təltif edilib - SİYAHI, SƏRƏNCAM
16:07 - “Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
15:56 - Hacı Əliyev Naxçıvanda güləşçilərə seminar keçib-FOTO
15:35 - İlham Əliyev Özbəkistan Senatının sədrini qəbul edib-FOTO, YENİLƏNİB
Gilənar faydalı meyvədir
Gilənar dadlı, sulu və ləzzətli bir meyvədir. Tərkibində çoxlu fosfor, B3 və C vitaminləri vardır. Gilənarın çoxlu növü və sortları Azərbaycanda geniş becərilir. Gilənar ağacının çiçəkləri bəlğəmgətirici təsirə malikdir, qabığının dəmləməsi isə qızdırmanı aşağı salır. Gilənarın tərkibində çoxlu fitokimyəvi maddələr var. Bunlar meyvə və tərəvəzlərin rəngini dəyişdirən piqmentlərdir ki, bu piqmentlər kanserogen maddələrə qarşı qoruyucu vasitə hesab olunur. Gilənarın tərkibində olan kimyəvi birləşmələr antikanserogen, antilimfamotoral və antihistamin təsirə malikdir. Gilənar orqanizmi zəhərli maddələrdən təmizləyən bir meyvədir. Böyrəkdə olan duz və qumları tökmək qabiliyyətinə malikdir. Ən çox da urat duzlarını. Öd kisəsində olan daşların parçalanıb tökülməsində gilənarın tərkibində olan turşu birləşmələrinin rolu böyükdür. Gilənar sidikqovucu təsirə malik olduğundan bədəndə olan artıq mayeni xaric edir və bu səbəbdən də arıqlamağa yardımçı olur. Gilənarın sortundan asılı olaraq o, iyun ayından başlayaraq avqustun axırına qədər yetişmə dövrü keçirir. Bu dövrdə meyvələrini toplayıb, həm təzə dərilmiş halda, həm də kompot, mürəbbə, şirə hazırlayıb istifadə edilir. Gilənar və ondan hazırlanan mürəbbə böyrək və sidik yolları xəstəliklərində, xüsusən sidik yolları daş bağlayan zaman çox faydalıdır. Gilənar zərərli qidaları bağırsaqdan xaric edir, qanı təmizləyir. Hisə verilmiş qidaların qəbulundan sonra bir ovuc gilənar yeyilərsə qidanın zərərli maddələri bədəndən sorulur. Gilənar bu xüsusiyyətinə görə qaraciyərin dostu sayılır. Qırmızı gilənarın suyunu üz və boyun nahiyyəsinə sürtdükdə dəridə olan qırışlar açılır və dərinin rəngi durulaşır. Gilənar immuniteti artırır, bədəni şlaklardan təmizləyir. Gilənarın son illərdə şirəsi şəkər xəstəliyinin ilk dövründə şəfaverici dərman kimi işlədilir.