SON DƏQİQƏ

naxcivanxeberleri.com

Alçanın faydaları

Alçanın faydaları
11-07-2021, 20:16

Alçanın arıqlamaqdan tutmuş, qəbizliyə qədər bir çox faydası mövcuddur. Alça qəbizliyin dərmanıdır. Belə ki, gündə bir ovuc alça yeməklə qəbizlikdən azad ola bilərsiniz. Alça mədə qazı, qəbizlik və bağırsaqda qaz problemlərinin qarşısını alır. Alça dəri sallanmasını ardan qaldırır. Pəhriz etməyi dayandıranların ən böyük qorxularından biri, kilo verdikdə yenidən dəridə sallanmanın olmasıdır. Digər tərəfdən C vitamini ilə zəngin olan qidalar dəri sallanmasının qarşısını alır, dərinin gənc qalmasına səbəb olur. Gündə bir ovuc alça yesəniz dəri sallanmaları tamamilə yox olacaq. Alça tez bir zamanda arıqladır. Aclıq və doyma hissini müəyyənləşdirmənin ən böyük amillərindən biri qan şəkəridir. Əgər qan şəkəriniz balanslı olsa, normal insanlar kimi qidalanarsınız. Buna nail olmaq üçün ən zəmanətli yollardan biri qan şəkərini tarazlayan alça kimi meyvələr qəbul etməkdir. Alça bu xüsusiyyəti ilə çəkinin itməsinə səbəb olur və qəlyanaltı üçün ideal meyvədir. Qanazlığının qarşısını alır. Anemiya, dəmir çatışmazlığı kimi xəstəliklər başda yorğunluq və artıq çəki olmaqla, xüsusilə də hamilə qala bilməmək, saç tökülmələri kimi ciddi problemlərə səbəb ola bilər. Alçanın faydaları arasına dəmir və kalsium daxildir. Sağlam yemək kontekstində gündə bir ovuc alça yeyərək qanazlığının qarşısını ala bilərsiniz. Alça immun sistemini gücləndirir. Güclü immunitet sistemi formalaşdırır. Spid, xərçəng və sair xəstəliklərdən qorunursunuz. Alçada C vitamininin bol olması immun sistemini gücləndirir. Alça ağciyər xərçəngindən qoruyur. Alça yeyənlərin astma, ağciyər xərçəngi, soyuqdəymə, öskürək və bir çox xroniki problemlərdən uzaq olduğu təsbit edilib. Əgər siqaret çəkirsinizsə, gördüyünüz ziyanın miqdarını azaltmaq üçün gündə bir ovuc alça yeyə bilərsiniz. Müntəzəm olaraq alçadan istifadə edilməsi görmə problemlərinə yaxşı təsir göstərir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930