21:30 - Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi çempion olub
20:56 - Monitorinqlər davam etdirilir
20:20 - Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
19:46 - Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb
18:47 - Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
18:02 - Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb
17:35 - Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
17:17 - Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
17:02 - Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
16:45 - Qazlı içkilərin insan orqanizminə təsiri
16:12 - Dəniz nəqliyyatı işçiləri təltif edilib - SİYAHI, SƏRƏNCAM
16:07 - “Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi bir dəfə keçiriləcək
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayı ərzində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin təşkil olunması nəzərdə tutulub. Ali təhsil müəssisələrinə qəbul prosesi yalnız imtahanın keçirilməsi ilə məhdudlaşmır və bir-birilə sıx bağlı olan müxtəlif mərhələlərdən ibarətdir.
NAXCİVANXEBERLERİ.COM Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə yaydığı məlumatına əsasən xəbər verir ki, imtahanlarda yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılmasına 10-14 gün vaxt sərf olunur, imtahan nəticələri elan olunduqdan sonra apellyasiya prosesi, daha sonra ixtisas seçimi mərhələsi, boş qalan plan yerlərinə yenidən ixtisas seçimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı və digər mərhələlər kifayət qədər vaxt tələb edir.
Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən bu il I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin bir dəfə keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlər III ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə iyulun 15-də , I və IV ixtisas qrupları üzrə isə 27-28 iyul tarixlərində keçiriləcək imtahanlarda iştirak etməlidirlər.