SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Saat Meydanı” turistik və istirahət mərkəzində uşaqlar üçün tədbir təşkil edilib

“Saat Meydanı” turistik və istirahət mərkəzində uşaqlar üçün tədbir təşkil edilib
9-07-2021, 20:30

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlar üçün  yay tətilinin maraqlı keçirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə muxtar respublikamızın gəzməli - görməli yerlərinə, tarixi abidələrinə, muzeylərə  ekskursiyalar təşkil edilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu qəbildən olan  növbəti tədbir “Saat Meydanı” turistik və istirahət mərkəzində təşkil edilib. Tədbirdə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş həmçinin şəhid övladlarından ibarət  38 uşaq  iştirak edib.
Uşaqlar əvvəl onlar üçün müəyyən olunmuş xətt üzrə şəhər gəzintisinə çıxarılıblar. Daha sonra “Saat Meydanı” turistik və istirahət mərkəzində uşaqlara “patrul bebek”animasiya cizgi filmi nümayiş etdirilib.Tədbirin sonunda  uşaqlar üçün  əyləncəli oyunlar təşkil edilib.
 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930