11:17 - Azərbaycan Prezidenti: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq"
11:13 - Rumıniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
11:00 - Küləkli və yağıntılı hava şəraiti bu gün axşamadək davam edəcək - FAKTİKİ HAVA
10:52 - Avropa Şurası yanında Azərbaycanın daimi nümayəndəsinə yeni səlahiyyət verilib-SƏRƏNCAM
10:44 - Prezident: "Biz enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq"
10:41 - Prezident: "Bu enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq"
10:37 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
10:30 - Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq"
10:27 - Dövlət başçısı: "Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir"
10:16 - “Sosiallıq Dairəsi” layihəsi çərçivəsində faəliyyətlərin icrasına başlanılıb-FOTO
10:07 - Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir-FOTO,CANLI
Muxtar respublikada rabitəçilərin peşə ixtisasına yiyələnmələri diqqətdə saxlanılır
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması, işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ilkin olaraq Naxçıvan Şəhər Rabitə İdarəsinin işçiləri seminarlara cəlb edilib. Kompüterin daxili və xarici qurğuları, iş prinsipləri, kompüterin proqram təminatı, əməliyyat sistemləri, antivirus proqramları, müxtəlif müasir proqramlar və ixtisaslarına uyğun texnologiyalar, mobil şəbəkə standartları, analoq və rəqəmsal elektronika, suni intellekt, nanotexnologiya, robotexnika, mexatronika və 5G texnologiyaları barəsində hazırlanmış slaydlar vasitəsilə ətraflı məlumatlar verilmiş, şəbəkələrin çəkilməsində istifadə olunan kabellərin RJ-45 başlıq hissəsinin birləşməsi, yeni nəsil avtomat telefon stansiyalarının iş prinsipləri ilə əyani tanışlıq olub. Həyata keçirilən tədbirlərin davamı olaraq Nazirliyin 2021-ci il İş Planına əsasən müvafiq peşə ixtisasına malik olmayan bir sıra rabitə mütəxəssisləri iyun ayından etibarən Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” üzrə ixtisasartırma kurslarına cəlb olunublar.
İyun ayında artıq kursları Naxçıvan şəhərindən 8 və Babək Rayon Rabitə İdarəsindən 9 olmaqla, ümumilikdə 17 nəfər bitirib. Həyata keçirilən tədbirlərin davamı olaraq iyul ayı ərzində kursun ikinci mərhələsinə başlanılıb. Kurslara Naxçıvan şəhər və Babək Rayon Rabitə İdarələrinin əməkdaşları cəlb edilib.
Görülən işlər, həyata keçirilən məqsədyönlü tədbirlər müdavimlərin müvafiq peşələrə yiyələnmələrinə, peşə yönümlü nəzəri və praktiki biliklərin artırılmasına, ixtisaslarına mükəmməl bələd olmalarına və ixtisaslı kadr kimi formalaşmalarına geniş imkanlar yaradır.
1 ay davam edəcək kursların üç mərhələdə keçirilməsi nəzərdə tutulub. Kursu bitirən hər bir iştirakçı müvafiq hüquqi sənədlə (şəhadətnamə) təmin olunacaqdır.