SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda hərbi xidmətdən yeni tərxis olunan gənclərin məşğulluqlarının təmin edilməsi ilə bağlı tədbir keçirilib

Kəngərli rayonunda hərbi xidmətdən yeni tərxis olunan gənclərin məşğulluqlarının təmin edilməsi ilə bağlı tədbir keçirilib
5-07-2021, 18:24


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  28 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən  “2021-2025-ci illərdə  Naxçıvan Muxtar Respublikasında  əhalinin məşğulluğunun  artırılması üzrə  Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada qadınların, gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, proqramın icrası çərçivəsində, mütəmadi olaraq həyata keçirilən sosial layihələrdən biri də hərbi xidmətdən tərxis olunmuş gənclərlə keçirilən görüşlərdir.

Bu istiqamətdə növbəti tədbir, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Kəngərli rayonunda baş tutub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərlə keçirilən görüşdə, onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbirin davamında gənclərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb. Qarşıdakı günlərdə, bu görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031