SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb

Muxtar respublikada əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb
5-07-2021, 16:28

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər vətəndaşların sosial rifah vəziyyətinin yaxşılaşmasını təmin etmişdir. Yaradılan yeni müəssisə və iş yerləri əhalinin məşğulluğunu təmin edir, onların gəlirlərinin artmasına səbəb olur. Əhalinin rifahının yüksəldilməsini şərtləndirən bir amil də verilən sərəncamların, fərmanların, hökumətin qərarlarının muxtar respublikada vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də dayanıqlı və davamlı inkişafa təminatdır. Sosial-iqtisadi sahədə görülən işlər iqtisadi islahatların dərinləşməsini və bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlə irəliləməsini, əhalinin həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını təsdiq edir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muxtar respublika iqtisadiyyatının davamlı inkişafı cəmiyyətin başlıca sosial məsələlərdən olan pensiya təminatında mühüm rola malikdir. Muxtar respublikada vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi, pensiyaçıların həyat səviyyəsinin yüksədilməsi, maddi rifah halının yaxşılaşdırılması həmişə diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə çevik idarəetmənin təmin edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda və onun yerli qurumlarında müasir standartlara uyğun iş yerləri yaradılmış, vətəndaşlara göstərilən xidmət müasir səviyyədə qurulmuşdur. Bunun nəticəsidir ki, hər ay olduğu kimi, iyul ayında da əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılmışdır. Təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsi ilə pensiyaçılara çatdırılmışdır. İstəklərinə uyğun olaraq kəndlərdə yaşayan əmək pensiyaçıları, yaşadığı məntəqədən kənara getmədən ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını rahatlıqla əldə etmişlər.

Qeyd edək ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir.

Fond qanunvericiliklə müəyyən olunan məbləğlərdə daxil olan məcburi dövlət sosial sığorta haqqı hesabına pensiya və müavinətləri maliyyələşdirir. Muxtar respublikada daxil olan məcburi dövlət sosial sığorta haqqının məbləği ildən-ilə artmaqdadır. Bunun əsas səbəbi muxtar respublikada sosial-iqtisadi inkişafın dinamik artımı, həmçinin sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasıdır. Bunun nəticəsində isə pensiya və müavinətlərin maliyyələşdirilməsində daxil olan məcburi dövlət sosial sığorta haqqı əsas mənbəyə çevrilmişdir.

Fond bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin icrası ilə bağlı müvafiq işləri həyata keçirməyə davam edəcəkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031