SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əlavə mina xəritələrinin təqdim edilməsi Azərbaycanın növbəti diplomatik qələbəsinə işarə edən vacib addımdır - konfliktoloq

Əlavə mina xəritələrinin təqdim edilməsi Azərbaycanın növbəti diplomatik qələbəsinə işarə edən vacib addımdır - konfliktoloq
4-07-2021, 21:45

Füzuli və Zəngilan rayonlarında minalanmış ərazilərin xəritələrinin verilməsi müharibədən sonrakı dövrdə mühüm bir addımdır və bu, ilk növbədə Azərbaycanın növbəti diplomatik qələbəsini göstərir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Trend-ə Sankt-Peterburqdan konfliktoloq, tarix elmləri üzrə namizəd Məmməd Məmmədov bildirib.

Onu sözlərinə görə, minalanmış ərazilərin xəritələrinin alınmasının lazımi infrastrukturun yaradılması və məcburi köçkünlərin öz yurdlarına qayıtması da daxil olmaqla ərazilərin sürətli bərpasına kömək edəcəyini əminliklə söyləmək olar:

"İkincisi, nəticədə, Rusiyanın bu çətin vaxtda münaqişədən sonrakı dövrdə normallaşma prosesində bilavasitə iştirak edərək dünya siyasətinin aparıcı aktorlarından biri kimi xal qazanması istəyini görürük.

Ermənistandan danışırıqsa, o da udan tərəf oldu, çünki minalanmış ərazilərin xəritələri müqabilində 15 saxlanılan şəxsi geri alıb. İndi yalnız ümid edə bilərik ki, bununla Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə münaqişənin keçmiş tərəfləri arasında dialoqun tədricən inkişafına kömək edəcək böyük bir etimadın təməlini qoyurlar".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930