SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vatsapda daha bir funksiya yaradılır

Vatsapda daha bir funksiya yaradılır
3-07-2021, 20:52

Məşhur messencerlərdən olan vatsapda istifadəçilərin göndərəcəyi videoçarxların keyfiyyətini seçməyə imkan verəcək yeni funksiya işə salınacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Wabetainfo.com” saytı bildirib.

Yeni funksiya “Android” əməliyyat sistemli smartfonların vatsapında mümkün olacaq.

Qeyd edilir ki, istifadəçi videonun göndərilməsi vaxtı üç variant seçə biləcək: "Avto" (tövsiyə edilir), "Ən yüksək keyfiyyət" və "Məlumatların qənaəti".

Yeni funksiyanın bütün istifadəçilərə məhz nə vaxt əlçatan olacağı açıqlanmır.

Daha əvvəl bildirilib ki, vatsap messencerinin “Android" mobil telefon smartfonları istehsalçıları istifadəçilərin yalnız bir dəfə görə biləcəyi multimedia sənədlərini göndərməyə imkan verən yeni funksiyanı da işə salacaq. Multimedia faylları yalnız bir görüntüdən sonra yox olacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930