SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ətraf mühit və iqlim dəyişmələri üzrə nazirlər görüşünün 3-cü sessiyası keçirilib

Ətraf mühit və iqlim dəyişmələri üzrə nazirlər görüşünün 3-cü sessiyası keçirilib
22-06-2021, 16:18

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Ətraf mühit və iqlim dəyişmələri üzrə nazirlər görüşünün onlayn formatda 3-cü sessiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd ətraf mühit və iqlim dəyişmələri sahəsində ötən dövr ərzində əldə olunmuş nailiyyətlərin qiymətləndirilməsi və növbəti illər üçün əsas prioritetlərin müzakirəsidir.

Görüşdə Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iştirakçılara Azərbaycanda ətraf mühitin mühafizəsi, o cümlədən iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “ağıllı şəhər”, “ağıllı kənd”, təmiz texnologiyaların tətbiqi və “yaşıl enerji zonası”nın yaradılması vasitəsilə iqlim dəyişmələrinə təsirlərin azaldılması üçün yeni imkanların yarandığı barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031