SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təbii qazla təminat diqqətdə saxlanılır

Təbii qazla təminat diqqətdə saxlanılır
21-06-2021, 21:39

Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsal sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.
May ayında muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 83 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 81-i əhali, 2-si qeyri-əhali abonentdir.

Ötən ay Qaz İstismar Xidmətinə tabe şəhər, rayon Qaz İstismarı idarələrinin qəza-dispetçer sahələrinin “104” nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə 844 çağırış daxil olmuşdur. Ay ərzində muxtar respublikanın qaz şəbəkəsində 513 qaz sızması aşkarlanmış, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq olaraq aradan qaldırılmışdır. Yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur. Qaz İstismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti

 



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031