SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada virus infeksiyalarına qarşı mübarizə tədbirləri davam etdirilir-FOTO

Muxtar respublikada virus infeksiyalarına qarşı mübarizə tədbirləri davam etdirilir-FOTO
21-06-2021, 16:41

Virus infeksiyalarına qarşı mübarizə tədbirləri 21 iyun tarixində də davam etdirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, H. Əliyev prospekti, Azərbaycan, C. Məmmədquluzadə, N. Tusi, Ə.Əliyev, Pişəvəri, İdris Məmmədov, Nizami, İslam Səfərli, Əliqulu Qəmküsar küçələri, Qoçüstü və Çənlibel məhəllələri, İdman kompleksi, Şahmat məktəbi, H.Əliyev uşaq gənclər və yaradıcılıq mərkəzi və Naxçıvan şəhərində avtomobil yolu və səkilər daxil olmaqla 1 milyon 170 min m2 sahə dezinfeksiya edilib.

Dezinfeksiya tədbirləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin xüsusi qurğu quraşdırılmış 4 avtomobili və Baytarlıq  İdarəsinin 2 ədəd dezinfeksiya avtomobili vasitsilə həyata keçirilmişdir. Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dezinfeksiya tədbirləri muxtar respublikanın rayonlarında da davam etdirilib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031