SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində “Mister Hemferin xatirələri” kitabı müzakirə olunub

AMEA Naxçıvan Bölməsində “Mister Hemferin xatirələri” kitabı müzakirə olunub
21-06-2021, 17:00

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan “Mister Hemferin xatirələri” (İngilis casusunun etirafları) kitabı müzakirə edilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, institutun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli tədbiri giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının önəmindən bəhs edib. Qeyd olunub ki, dünya və Azərbaycan ədəbiyyatının maraqlı nümunələrinin yer aldığı “Oxunması zəruri olan kitablar siyahısı” cəmiyyətdə kitaba marağın, mütaliə bacarıqlarının inkişaf etdirilməsində, dünyagörüşünün zənginləşdirilməsində, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində olduqca böyük əhəmiyyətə malikdir.

Kitab haqqında fikirlərini bölüşən professor H.Səfərli İngiltərənin müstəmləkəçilik siyasəti, müstəmləkələrin idarə olunması, həmin ölkələrdə süni şəkildə milli, dini ədavətin yaradılması və digər mühüm məsələlərdən bəhs edib.

Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aytəkin Qəhrəmanova “Mister Hemferin xatirələri və ya İngilis casusunun etirafları” mövzusunda məruzə edib. Məruzəçi kitabda əksini tapan əsas məqamlara diqqət çəkərək, hər bir fəsli yığcam şərh edib. Bəzi Qərb dövlətləri tərəfindən türk xalqlarına və islam ölkələrinə qarşı həyata keçirilən məkrli münasibət məruzənin əsasını təşkil edib.

Daha sonra Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Səbuhi Həsənovun çıxışı dinlənilib. Çıxışda müstəmləkə siyasətinin məlum nəticələri, cəmiyyətin gələcək inkişafına mənfi təsirləri təhlil olunub, əsərdə təsvir olunan tarixi faktlara nəzər yetirilib. Əksini tapan hadisələrin fonunda gənc nəslin düzgün, vətənpərvər ruhda tərbiyəsinin önəmi vurğulanaraq  Vətənin, millətin gələcək mənafeyi naminə mübarizliyin təbliğinin vacibliyi qeyd olunub.

Sonda dinləyicilərin sualları cavablandırılıb, bəzi maraq doğuran məsələlər müzakirə edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031