SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin müəlliminin elmi  məqaləsi Hindistanda dərc olunub

Naxçıvan Dövlət Universitetinin müəlliminin elmi  məqaləsi Hindistanda dərc olunub
21-06-2021, 15:00

Naxçıvan Dövlət Universiteti “Biologiya” kafedrasının müdiri, biologiya üzrə elmlər doktoru Daşqın Qənbərov, Biologiya fənninin tədrisi metodikası və metodologiyası üzrə II kurs magistrant, universitetin Elm və innovasiyalar bölməsinin könüllü əməkdaşı Fatimə Babayevanın birgə ərsəyə gətirdikləri “Naxçıvan Dövlət Universiteti şəhərciyi ərazisinin yaz florası” adlı  elmi məqalələri Hindistanın Nyu Delhi şəhərində “Beynəlxalq Botanika Jurnalında” (“İnternational Journal of Botany”) dərc olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Məqalədə universitet şəhərciyi ərazisinin erkən yaz florasının taksonomik tərkibi, ekoloji qrupları və coğrafi areal sinifləri haqqında məlumat verilib. Qeyd olunub ki, tədqiq olunan ərazinin erkən yaz florası 12 fəsilənin 25 cinsinə aid 33 növlə təmsil olunur.

      Məqalədə həmçinin, muxtar respublika florasının, bitki aləminin hər tərəfli sistematik, biomorfoloji, bioekoloji, fitosenoloji, biokimyəvi və bitki ehtiyatlarının öyrənilməsi istiqamətlərində kompleks  tədqiqat işləri aparılıb.

      Qeyd edək ki, zaman keçdikcə aparılan tədqiqatların nəticələrinin köhnəlməsi, yeni növlərin yaranması, yaxud qonşu ölkələrdən bu əraziyə növlərin miqrasiya etməsi vaxtaşırı onların araşdırılmasına və yeni yaranmış  xüsusiyyətlərinin tədqiq olunmasına gətirib çıxarır.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031