SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tarixi məscid yenidən qurulur

Tarixi məscid yenidən qurulur
20-06-2021, 11:30

Naxçıvanda tarixi abidələrin, türbələrin, məscid və ziyarətgahların bərpası daim diqqət mərkəzində saxlanılır, onlara ikinci həyat verilir. Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi məscid də müasir layihə əsasında yenidən inşa olunur. XV əsrə aid olan ibadət ocağından sovet hakimiyyəti illərində təsərrüfat məqsədilə anbar kimi istifadə olunub. Məqsəd ondan ibarət idi ki, xalqımız milli və dini dəyərlərimizdən uzaq düşsün. Beləliklə, məscid həmin dövrdə baxımsızlıq ucbatından güclü aşınmaya məruz qalıb, divarları və dam örtüyü uçub dağılıb. Müstəqillik illərində qədim diyarda tarix və mədəniyyət abidələrinə həssas münasibət göstərilib, bərpa olunaraq onların tarixi görkəmi özünə qaytarılıb. Cəhri qəsəbəsində yerləşən sözügedən məscid də dövlətimizin himayəsi ilə yenidən qurulur. Layihəyə əsasən ibadət ocağı ikimərtəbəli olacaq. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr olacaq və burada axund otağı da yaradılacaq. Artıq tikinti işlərinin böyük bir hissəsi yekunlaşıb. Qeyd edək ki, böyük yaşayış məntəqəsi olan Cəhri qəsəbəsində 6 məscid və son dövrlərdə tikilən 2 mərasim evi mövcuddur.

Faiq ALLAHVERDİYEV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031