SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

VƏTƏNİ SEVMƏK DƏRSİ-Ramiz Qasımov yazır...

VƏTƏNİ SEVMƏK DƏRSİ-Ramiz Qasımov yazır...
20-04-2019, 13:08

Bütün sevgilərin zirvəsində VƏTƏN durur...

Ömrün son günlərini yaşayıram... Sizin üçün bu az ömrümdə əlimdən gələni elədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahiratdan üstün bildim. Hər ikisinin - Vətənimizin və dilimizin əbədiyyəti üçün. Nə bacardımsa, onu elədim. Yaxşı nə başladımsa, onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur!..
Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, Vətənimiz - can sizin, can onlar əmanəti!
Şah İsmayıl XƏTAİ

Vətəndən, ana torpaqdan şirin şey yoxdur. Siz düşünməyin, Azərbaycan sizə nə etməlidir? Düşünün ki, siz Azərbaycan üçün nə etməlisiniz. Şərt odur ki, insan milləti, vətəni, torpağı üçün nə edib?
Hər bir insan ilk növbədə anasını, vətənini, torpağını, millətini sevməli, bu hisslərlə yaşamalıdır. Vətənini, torpağını, dövlətini, öz müstəqil Azərbaycanını qorumaq öz ata-anasını qorumaq deməkdir, evini qorumaq deməkdir.
Hər bir xalqın, milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

Azərbaycan xalq mahnılarından birində deyilir: “Sevgi sevən mərd olar, Sevməyən namərd olar”. Əgər desək ki, bütün sevgilərin zirvəsini anaya və vətənə olan məhəbbət təşkil edir, əgər desək ki, ana və vətən həmişə xalqımızın milli düşüncə tərzində eyni düşünülüb, eynilik təşkil edib, ana qucağına vətən, vətən yurduna ana deyilib, onda bütün sevgilərin zirvəsində məhz vətən məhəbbətinin dayandığını görərik. Xalqımız heç də əsassız olaraq deməyib ki:

Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.

Ona görə belə deyilib ki, xalqımız məhz vətən haqqında bu cür düşünüb, bu düşüncəyə sahib olub. Tomris ananın şücaət və qeyrəti, Babəkin cəsarət, qəhrəmanlıq və mübarizə nümunəsi, Cavanşirin, Səttarxanın və neçə-neçə Azərbaycan övladının – nəsillərin qandan qana keçən qəhrəmanlıq ənənələrini yaşadan qeyrətli vətən oğulları Mübariz İbrahimovun, İbad Hüseynovun, Ramil Səfərovun, Qabil Orucəliyevin, Elnur Əliyevin və yüzlərcə başqalarının qeyrətində Azərbaycan adlı vətənimizə sevgi özünü təcəssüm etdirir. Çünki sevmək hələ qəlbində nəyisə hiss etmək və yaşatmaq deyil. Sevmək sevdiyin üçün onu yaşatmaq naminə ölməyi bacarmaqdır. Buna görə deyiblər ki, ölməyi bacarmayan millət azad yaşaya bilməz. Buna görə Babək oğluna və oğlu kimi Azərbaycanın gənc nəsillərinə məhz bu hikməti öyrədirdi: bir gün azad yaşamaq, qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir. Bəli şərəflidir, məhz ŞƏRƏFLİ. Əgər bir millət millət olaraq dünyada mövcuddursa, onun milli mənliyi, ləyaqəti varsa, azad yaşamaq məhz şərəf və ləyaqət deməkdir. Buna görə də dərin milli dəyərlər və sərvətlərə malik olan xalqımız azad yaşamağı həmişə uca tutub, buna görə də övladlarına vətən üçün ölməyi öyrədib. Necə ki ana abidəmiz olan Dədə Qorqud dastanlarında vətən məhəbbəti əsas ideya və motivi təşkil edərək xalqın qəhrəmanlıq və vətənpərvərlik tarixini, onun xarakterini təcəssüm etdirirdi. Milli mənliyimizin bir əzəmətli tərifi də ondadır ki, bizim əxlaqımız bizim xarakterimizi mükəmməlliklə ifadə edir. “Vətəni sevmək imandandır” hikmətli kəlamı xalqımızın milli mənliyi və əxlaqına dayanıqlı olaraq müəyyənləşib. Ulu öndərimizin – bütün həyatı və fəaliyyəti ilə vətənini sevən və özünü vətənə həsr edən, öz ömrü ilə vətənpərvərlik dərsliyi olan ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”. Bu mənada insan həm də mənəviyyatdan ibarətdirsə, onda vətənpərvərlik yoxdursa, insanlığa haqqı yoxdur deməkdir. Vətənpərvərlik nədir? Məhz necə olmaq, necə davranmaq və düşünmək vətənpərvərlik ifadə edər? Vətənpərvərlik haqqında yazılır: “Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürur kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Öz fəaliyyəti, şəxsiyyəti və ömrü ilə vətənə sevgi kitabı olan dahi liderimizin sözləri ilə deyilsə: “Hər bir insan ilk növbədə anasını, vətənini, torpağını, millətini sevməli, bu hisslərlə yaşamalıdır”.
Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Həyatı və fikirləri hər bir gələn yeni nəsillər üçün örnək və proqram olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gənc nəsillərə öyrədirdi ki: “Hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir!” Bu bir nümunədir ki, bizdən əvvəl gələn nəsillər öz cəsarət və qeyrətləri ilə bu torpağı müqəddəs vətən torpağı kimi qoruyaraq bizlərə əmanət ediblər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını verən hər bir Azərbaycan övladı öz şücaəti ilə hər birimiz üçün bir örnək, bir qəhrəmanlıq ənənəsidir. Azərbaycan milli ordusunun zabiti Ramil Səfərovun, gizir Mübariz İbrahimovun, Elnur Əliyevin və başqalarının nümunəvi davranışları yüz illərlə yeni nəsillər üçün bir örnək olaraq dəyərləndiriləcək, həmçinin Azərbaycan xalqının vətən uğrunda qeyrəti, vətənpərvərliyi, döyüş və mübarizə qüdrəti kimi səciyyələndiriləcəkdir. Xalqımızı təmsil edən və ona ləyaqətlə rəhbərlik edən ulu öndərimizin varisi Prezident İlham Əliyevin də Mübariz İbrahimovun və Ramil Səfərovun (habelə onlarla başqalarının) qəhrəmanlıq və şücaətləri müqabilində həyata keçirdiyi tədbirlər xalqımızın öz qəhrəmanı və şəhidinə olan intəhasız hörməti və dərin sevgisini ifadə edir. Vətəni sevmək dərsində onlar və onlar kimi başqa vətənin qeyrətli övladlarının davranışları xalqımızın qəhrəmanlıq tarixində qızıl hərflərlə yazılan səhifələri təşkil edir.
Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətənə, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Bu da vətəni sevmək dərsinin ana kəlamı, başlıca məqsədi, əsas ideyasıdır: “Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir. Vətənini, torpağını, dövlətini, öz müstəqil Azərbaycanını qorumaq öz ata-anasını qorumaq deməkdir, evini qorumaq deməkdir. Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!”

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30