SON DƏQİQƏ

naxcivanxeberleri.com

Füzuli aeroportunun tikintisində son vəziyyət açıqlandı - Bu tarixdə sınaq uçuşları olacaq

Füzuli aeroportunun tikintisində son vəziyyət açıqlandı - Bu tarixdə sınaq uçuşları olacaq
16-06-2021, 12:29

Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolaqlarında işlər sentyabrın 5-nə kimi tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov Füzulidə jurnalistlərə açıqlamasında bildirib ki, hava limanının tikintisi yanvar ayının 14-dən başlamışdı:

“Bu müddətə kimi geniş füzelajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 metr olan uçuş zolağının torpaq yatağı tamamlanıb, hazırda isə asfalt-beton örtüklü layın tikintisi, sahəsi 60 min kvadrat metr olan, 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Teminal binasında dəmir-beton konstruksiyası işləri 100 faiz tamamlanıb, dəmir-metal konstruksiyanın quraşdırılması həyata keçirilir, italiya istehsalı olan dam örtüyü sifariş verilib və Azərbaycana gətirilib, fasad elementləri Türkiyədən sifariş verilib və gətirilmək üzrədir.

Hava hərəkətinin idarə edilməsi üçün qüllənin tikintisinin dəmir-beton konstruksiya hissəsinin quraşdırılması davam edir və bir həftəyə tamamlanacaq. Avadanlıqlar hamısı Avropa istehsalıdır, testdən keçirilib və Bakıya gətirilib. Sahədə isə beton özüllərin hazırlanıb quraşdırılmasına bu ayın sonundan başlanılacaq. Uçuş-enmə zolaqları sentyabrın 5-nə kimi tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031