SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” təlimi üzrə yekun qiymətləndirmə mərasimi olub

“Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” təlimi üzrə yekun qiymətləndirmə mərasimi olub
14-06-2021, 23:05

Gənclər arasında maliyyə savadlılığının artırılması, eləcə də bank və sığorta sistemində karyera qurmağı arzulayan tələbələrə dəstək olmaq məqsədilə cari il mart ayının 3-də “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-lər və Naxçıvan Dövlət Universitetində, aprel ayının 4-də isə “Naxçıvan” Universitetində “Bankçılıqda ilk addım və sıgortanın mahiyyəti” adlı müsabiqə xarakterli təlim olub.
Təlimdə “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-nin peşəkar heyəti müxtəlif mövzulara toxunaraq tələbələri bank və sığorta sektoru ilə tanış edib, onlara bir sıra praktik biliklər və tövsiyələr verib. Layihənin müzakirə xarakterli ikinci hissəsində isə əvvəlcə tələbələrin sualları cavablandırılıb, onların dinləmə, analiz və nitq qabiliyyətini dəyərləndirəcək suallar ünvanlandırılıb. Təlimin sonunda 200 iştirakçı arasından fərqlənən 14 tələbə seçilərək “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-də 15 günlük praktik təcrübə keçmək şansı əldə edib.

İyunun 14-də “Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar cəmiyyətlərinin təşkilatçılığı, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin iştirakı ilə “Bankçılıqda ilk addım və sığortanm mahiyyəti” təlimi üzrə yekun qiymətləndirmə mərasimi keçirilib. Tədbirdə çıxış edən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədov bildirib ki, cəmiyyət Azərbaycan Respublikasının ilk regional bankı olaraq 11 sentyabr 2008-ci il tarixdən fəaliyyət göstərir. Bu müddət ərzində “Naxçıvanbank”ın əsas missiyası əhaliyə, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə universal bank və maliyyə xidmətləri göstərməkdir. Qeyd edilib ki, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərindən təlimin ilk mərhələsində seçilən 15 tələbənin “Bankçılıqda ilk addım və sıgortanın mahiyyəti” adlı layihə çərçivəsində bankda öz potensiallarını reallaşdırmaq və yeni təcrübə toplamaq imkanı yaratmaq məqsədilə 15 günlük təcrübə keçməsi üçün şərait yaradılıb.
Qeyd edilib ki, 15 günlük təcrübə zamanı bankın müxtəlif şöbə və departamentlərində təcrübə keçən tələbələr əsl komanda işi ilə tanış olub və yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla çalışaraq layihələrdə, əməliyyatlarda iştirak ediblər. Layihədə iştirakçı olmuş 15 tələbənin hər biri təcrübə müddətini uğurla başa vurmuş hesab edilir. Təcrübəçi tələbələrdən 4-ü isə xüsusi fəallıq göstərdiyinə görə təcrübələrini fərqlənmə sertifikatı ilə başa vurub.
Tədbirin növbəti hissəsində təcrübə proqramını və proqramın sonunda keçirilən imtahan mərhələsini uğurla başa vurmuş tələbələrə “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-də karyera imkanları barədə məlumat verilib. İmtahan mərhələsini müvəffəqiyyətlə bitirən tələbələr sertifikatla, fərqlənmə ilə başa vuran tələbələr isə sertifikat və dəyərli hədiyyələrlə təltif olunublar.

 Gülcamal TAHİROVA



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031