SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının konfransı keçirilib-FOTO

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının konfransı keçirilib-FOTO
14-06-2021, 21:11

İyunun 14-də Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının konfransı keçirilmişdir.
 NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.
Konfransın gündəliyi qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilovun hesabatı dinlənilmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı müntəzəm olaraq muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edir. Ötən 5 ildə təşkilat tərəfindən 10 müəllif və 1 hesabat konserti, 2 mahnı müsabiqəsi, 7 yubiley tədbiri, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində və Naxçıvan Musiqi Kollecində ustad dərsləri keçilmişdir. Hesabat dövründə təşkilat tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və muxtariyyətin 95 illiyinə həsr olunmuş mahnı müsabiqələri, tanınmış bəstəkar və musiqiçilərin yubileyləri münasibətilə konsertlər, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının 40 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilmişdir. Təşkilatın üzvlərinin musiqi nəzəriyyəsinə aid dərslikləri, kitabları nəşr olunmuş, təqdimat mərasimləri təşkil olunmuşdur. Yaşar Xəlilov fəaliyyətləri üçün yaradılan şəraitə görə təşkilatın üzvləri adından Ali Məclis Sədrinə minnətdarlıq etmişdir.
Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilmişdir.
Təşkilatın üzvləri Vidadi Heydərov və Səməd Əsgərov çıxış edərək Xəlilov Yaşar Sudef oğlunun Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri vəzifəsinə namizədliyini irəli sürmüşlər.

Təklif səsə qoyularaq qəbul olunmuş və Yaşar Xəlilov Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri seçilmişdir.
Yaşar Xəlilov ona göstərilən etimada görə təşkilat üzvlərinə minnətdarlığını bildirmiş, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd etmişdir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilmiş, konfransın qərarı qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransda çıxış edərək demişdir ki, bu gün Naxçıvan Muxtar Respublikasında musiqi sənətinin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün hər cür şərait yaradılır. Muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilməsi, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazalarının gücləndirilməsi, Bəstəkarlar Təşkilatının fəaliyyətinin təmin edilməsi bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir. Muxtar respublika musiqiçilərinin əməyi dövlət tərəfindən qiymətləndirilir, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər. Təəssüf ki, ötən 5 ildə ictimai və yaradıcılıq təşkilatı kimi Bəstəkarlar Təşkilatının gördüyü işlər qarşıya qoyulan tələblər səviyyəsində deyil.
Ülvi Hüseynli bildirdi ki, muxtar respublikamızı, o cümlədən onun inkişafını və müasirləşməsini vəsf edən əsərlərin yazılması, xalq mahnılarının sistemli şəkildə təbliğ olunması, unudulmuş mahnıların bərpa olunması diqqətdə saxlanılmalıdır. Təşkilat üzvlərinin müəllif konsertləri keçirilməli, hesabat konsertlərinin sayı artırılmalıdır. Naxçıvan Dövlət Universitetində aid ixtisasının tələbələri ilə iş aparılmalı, istedadlı gənclərin üzə çıxarılması istiqamətində tədbirlər görülməli, onların yaradıcılığı istiqamətləndirilməli, təşkilata yeni üzvlər qəbul edilməlidir. Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində, Naxçıvan Musiqi Kollecində, Naxçıvan Dövlət Universitetində bəstəkarlar və musiqişünaslarla tələbə və şagirdlərin görüşləri təşkil olunmalı, ustad dərsləri davamlı xarakter almalıdır.
Bəstəkarlar Təşkilatının yeni seçilən İdarə Heyəti və sədri işdə dönüş yaratmalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələr əsas fəaliyyət istiqaməti olmalıdır.

 



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031